"Opera" şirkəti, Opera Neon adlı tam fərqli brauzeri təqdim etdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Opera” şirkəti ənənəvi Opera brauzeri əsasında yığılmış tamamilə yeni Opera Neon adlı breuzeri təqdim edib.
Yeni brauzer, istifadəçilərin
internetdə əsas məsələlərdə diqqətlərini cəmləmək üçün nəzərdə tutulub. "İndiki
brauzerlər bir növ keçmiş yüzilliyin mirası rolunu oynayırlar. Opera Neon layihəsi
gələcəyin ümumdünya şəbəkəsini biz tərəfimizdən görmə imkanıdır” – deyə şirkət
qeyd edib. Günümüzdə milyardlarla insan internetdən istifadə edir. Lakin
internet dəyişir. Bununla yanaşı brauzerlər də dəyişməlidir. Opera Neon,
elementləri bir başa brauzerə yerləşdirmək və şəbəkədən bir başa məzmunu götürmək
imkanını verərək veb məzmunlarla qarşılıqlı əlaqənin inanılmaz üsullarını təqdim
edir. Sözügedən brauzer, yeni istifadəçi interfeysinə sahibdir. O özündə bir
neçə xüsusiyyətləri daşıyır.
Məsələn fon fotolardan istifadə edən
yeni start səhifəsi, videoplayer paneli, fotolar qalereyası, yükləmələr üçün
menecer və favit səhifələr üçün yeni vizual panel. Opera Neon-da favorit səhifələrin
avtomatik idarəetmə intellektual sistemi reallaşdırılmışdır. Daha çox istifadə
olunan səhifələr yuxarıda, daha az istifadə olunanlar isə aşağıda əks olunacaq.
Digər bir yenilik isə bütün məşhur axtarış sistemlərini və OpenSearch texnologiyasını
dəstəkləyən axtarış bölməsidir. Həmçinin yeni brauzerə hazır print screen düyməsi
əlavə olunub. Beləliklə istifadəçilər bu düymədən istifadə edərək səhifələrin
fotolarını tez bir zamanda çəkə və onları brauzerin foto qalereyasına əlavə edə
bilərlər. Bir ekranda iki səhifə ilə birdən çalışmaq üçün isə istifadəçilərə
ayırıcı ekran rejimi təqdim olunub. Opera Neon-u, Windows və Mac üçün burdan yükləyə
bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək