Opera şirkəti, Opera Neon adlı tam fərqli brauzeri təqdim etdi (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5317 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Opera” şirkəti ənənəvi Opera brauzeri əsasında yığılmış tamamilə yeni Opera Neon adlı breuzeri təqdim edib.

Yeni brauzer, istifadəçilərin internetdə əsas məsələlərdə diqqətlərini cəmləmək üçün nəzərdə tutulub. "İndiki brauzerlər bir növ keçmiş yüzilliyin mirası rolunu oynayırlar. Opera Neon layihəsi gələcəyin ümumdünya şəbəkəsini biz tərəfimizdən görmə imkanıdır” – deyə şirkət qeyd edib. Günümüzdə milyardlarla insan internetdən istifadə edir. Lakin internet dəyişir. Bununla yanaşı brauzerlər də dəyişməlidir. Opera Neon, elementləri bir başa brauzerə yerləşdirmək və şəbəkədən bir başa məzmunu götürmək imkanını verərək veb məzmunlarla qarşılıqlı əlaqənin inanılmaz üsullarını təqdim edir. Sözügedən brauzer, yeni istifadəçi interfeysinə sahibdir. O özündə bir neçə xüsusiyyətləri daşıyır.

Məsələn fon fotolardan istifadə edən yeni start səhifəsi, videoplayer paneli, fotolar qalereyası, yükləmələr üçün menecer və favit səhifələr üçün yeni vizual panel. Opera Neon-da favorit səhifələrin avtomatik idarəetmə intellektual sistemi reallaşdırılmışdır. Daha çox istifadə olunan səhifələr yuxarıda, daha az istifadə olunanlar isə aşağıda əks olunacaq. Digər bir yenilik isə bütün məşhur axtarış sistemlərini və OpenSearch texnologiyasını dəstəkləyən axtarış bölməsidir. Həmçinin yeni brauzerə hazır print screen düyməsi əlavə olunub. Beləliklə istifadəçilər bu düymədən istifadə edərək səhifələrin fotolarını tez bir zamanda çəkə və onları brauzerin foto qalereyasına əlavə edə bilərlər. Bir ekranda iki səhifə ilə birdən çalışmaq üçün isə istifadəçilərə ayırıcı ekran rejimi təqdim olunub. Opera Neon-u, WindowsMac üçün burdan yükləyə bilərsiniz.