Microsoft şirkəti keçən gün yeni nəsil internet
brauzeri olan Edge\'nin batareya performansını göstərmək üçün maraqlı və bir o qədər
qəribə reklam yayımlamışdı.
Bu reklamda dünyanın ən çox istifadə edilən
brauzeri Google Chrome ilə son dönəmlərdə özündə daxili reklam əngəlləmə və
battery saver rejimi ilə önə çıxan Opera qarşısına çıxarılan Edge, performans
qalibi elan edilmişdi. Bu videoya Opera\'dan cavab gecikmədi və daha doğru
edildiyi iddia edilən testlərin nəticəsində Opera Edge\'yi keçə bildi. Windows
10 əməliyyat sistemi üzərindən edilən testlərdə Opera, reklam əngəlləmə və
power save rejimi ilə Edge\'yi 22%, Chrome\'u isə 35% həcmində keçərək sistemi
daha çox açıq tuta bildi.
Microsoft\'un yayımladığı videonu böyük reklam
işi olaraq görən və real nəticələrin isə başqa cür olduğunu qeyd edən Opera, son
dönəmlərdə həm mobil, həm stolüstü istifadə sayını artırır və hər cəhətdən
sistemi ağırlaşdıran Chrome\'dan daha yaxşı seçim kimi qarşımıza çıxır.
Şərh yoxdur