
Opera\'dan yeni və çox fərqli brauzer gəlir: Ağıllı brauzer
Texnologiya
07.05.2017
Farid Pardashunas
Opera, gələn aylarda çox fərqli bir brauzer ilə qarşımıza çıxacaq.
Web brauzer baxımından bəxti gətirməyən firmalardan biri olan Opera Software , bu sahədə uğur qazanacağına ümid etdiyi yeni brauzer layihəsi haqqında məlumat verib.
Barselonada keçirilən MWC tədbirində, Opera şirkətinin nümayəndəsi Lars Boilesen mövzu ilə əlaqədar açıqlama verib. Boilesen, yeni layihə ilə brauzerə çox daha ağıllı funksiyalar qazandıracaqlarını deyib. Yeni brazuer istifadəçilərin xəbər oxumaq, e-mail yoxlamaq və ya sosial mediadan istifadə etmək kimi işlərlə məşğul olduğunu biləcək. Məsələn hər hansı bir istifadəçi brauzer ilə alış-veriş edirsə, həmin anda kənarda alış-verişlə bağlı məsləhətləri görəcəklər.
Firma, 2015-ci ilin sonundan bəri bu layihə üzərində çalışdıqlarını və nəhayət yeni brauzeri bu il ərzində istifadəyə verəcəklərini deyib. Ancaq yeni brauzerin Opera adını davam etdirəcəyi və ya başqa bir adla istifadəyə veriləcəyi hələ ki, məlum deyil.
Linki kopyala
Həftənin xəbərləri

