Dünyanın ən çox istifadə olunan internet brauzerləri arasında yer alan Opera, developer versiyasına "reklam bloklama" xüsusiyyətini əlavə etdi.
Birbaşa olaraq Opera’nın hazırladığı əlavə insanların Ad-Block kimi əlavə proqramlara olan ehtiyacını aradan qaldırır və artıq brauzer özü reklamları əngəlləyə bilir. Beləliklə, səhifələr əvvəlkinə nisbətən 63% daha sürətli açılır. Bu xüsusiyyət adress bar hissəsinin sonuna əlavə edilmiş simvol ilə aktiv edilir. İstəyən şəxslər bu funksiyanı deaktiv etməklə reklamlarla bağlı işlərini də görə bilərlər.
Operanın bu funksiyasının olduğu versiyanı isə buradan yükləyə bilərsiniz.
Şərh yoxdur