
Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı smartfonlardan bezmisiniz?

Elə isə dünyada ən balaca 4G smartfon olan Jelly ilə tabnış olun. Galaxy S8 və iPhone 7 ilə müqayisədə sözügedən mobil cihaz, uşaq oyuncağı kimi görünür. Lakin onun 2.45 inç-lik ekranına aldanmayın. Belə ki, Jelly, 1.1 GHz tezlikli prosessor, 2 GB RAM və 950 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu mobil cihaz yaradıcılarının sözlərinə əsasən Jelly, tam enerji dolu vəziyyətdə 3 gün adi işlətmə rejimində, 7 gün isə avtonom rejimdə çalışa bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 7 (2900 mAh) və Galaxy S8 (3500 mAh) bir dəfə enerji yığmadan sonra maksimum 1-1.5 gün çalışa bilirlər. Bundan əlavə olaraq bu kiçik smartfon, Android 7.0 Nougat əməliyyat sistemi ilə çalışır. Məlumatların saxlanması üçün Jelly, 16 GB daxili yaddaşa sahibdir və microSD vasitəsilə həmin göstəricini 32 GB-a kimi qaldırmaq olar. Həmçinin Jelly, 8 MP-lik arxa və 2 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Bu layihə Kickstarter vasitəsilə reallaşdırılır və hal-hazırda yaradıcılar artıq 250.000 dollar vəsait əldə ediblər. Alıcılar isə onu Kickstarter-də 69$ qiymətinə ön sifariş edə bilərlər. Smartfon satıaş çıxanda onun qiyməti 109$ təşkil edəcək.