Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı smartfonlardan bezmisiniz?
Elə isə dünyada ən balaca 4G smartfon olan Jelly ilə tabnış
olun. Galaxy S8 və iPhone 7 ilə müqayisədə sözügedən mobil cihaz, uşaq oyuncağı
kimi görünür. Lakin onun 2.45 inç-lik ekranına aldanmayın. Belə ki, Jelly, 1.1
GHz tezlikli prosessor, 2 GB RAM və 950 mAh enerji tutumlu batareya ilə təchiz
olunub. Bu mobil cihaz yaradıcılarının sözlərinə əsasən Jelly, tam enerji dolu
vəziyyətdə 3 gün adi işlətmə rejimində, 7 gün isə avtonom rejimdə çalışa bilər.
Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 7 (2900 mAh) və Galaxy S8 (3500
mAh) bir dəfə enerji yığmadan sonra maksimum 1-1.5 gün çalışa bilirlər. Bundan əlavə
olaraq bu kiçik smartfon, Android 7.0 Nougat əməliyyat sistemi ilə çalışır. Məlumatların
saxlanması üçün Jelly, 16 GB daxili yaddaşa sahibdir və microSD vasitəsilə həmin
göstəricini 32 GB-a kimi qaldırmaq olar. Həmçinin Jelly, 8 MP-lik arxa və 2
MP-lik ön kamera ilə təchiz olunmuşdur. Bu layihə Kickstarter vasitəsilə
reallaşdırılır və hal-hazırda yaradıcılar artıq 250.000 dollar vəsait əldə
ediblər. Alıcılar isə onu Kickstarter-də 69$ qiymətinə ön sifariş edə bilərlər.
Smartfon satıaş çıxanda onun qiyməti 109$ təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı