

Hədəfləriniz istər böyük olsun istər kiçik, həyata qarşı tutduğunuz mövqe çox vacibdir. Əlaqəsi olmadığını düşünməyin. Hər böyük binanı ayaqda saxlayan onun təməlidir. Böyük uğurların təməli də, gündəlik həyatınızdakı davranışlarınızdır.
Bu barədə dünyanın ən yaxşı təcrübələrindən birini, vergi, konsaltinq, korporativ risk və korporativ keyfiyyət analizi şirkəti olan "Deloitte”nin, 79 uğurlu layihə üzərində sınaqdan keçirmiş olduğu, aşağıda qeyd edəcəyimiz 6 məqamda qeyd edirik:
Bir işə özünü tamamilə həsr etmək
Hiper uğurlu insanlar və komandalar, layihələrinə özlərini tamamilə həsr edirlər. Yatıb, oyanıb, yemək yeyir və sonra da işlərinin başına otururlar.
Qorxuya fərqli baxış
Çox uğurlu insanlar və komandalar, qorxularına və şübhələrinə bərk-bərk sarılırlar. Nə olacağı haqqında daima narahat olmaq yerinə, qorxu pərdələrinin ardındakı, irəlidə gələcək uğurlara fokuslanırlar.
Hörmət yoxsa Düşmən qazanmaq?
Bir işi bacarmaq üçün çox işləmək şərtdir. Fikrinizin yaxşı olduğunu sübut etmək üçün əlinizdən gələni edirsiniz, ancaq bunu edərkən yıxıcı olmamaq mütləqdir. Bu səbəbdən uğurlu insanlar, ortalığı bir-birinə qatmaq yerinə, hörmət qazanmağa və doğru olanı etməyə fokuslanırlar.
Ziddiyyət
Uğurlu insanlar, bilinən şeylərin ardınca qaçmaq yerinə, yenilik yaratmaq yolunda addımlayarlar. Təhlükəsiz sahənin kənarına çıxar, risk alar və bütün limitləri qırmağa çalışarlar.
Dominant düşüncə tərzi
Çox bacarıqlı rəhbərlər və komandalar, etdikləri işə ehtiras ilə bağlı olurlar. Bunun nəticəsi olaraq, böyük uğurlara imza ata bilirlər. Hədəfləri hər zaman yüksək tutarlar və bu hədəfin üzərindən keçən ilk insan da özləri olarlar.
Yaranacaq problemlərə qarşı qorunmaq
Uğurlu insanların olduğu yerdə bürokratiya olmaz, alt-üst münasibətində uçurumlar olmaz, siyasi fikirlər danışılmaz. Üstünlük işdədir və işi korlamaq ehtimalı olan hər potensial təhlükə, məkandan uzaqda qalar.
Şərh yoxdur