main-post-cover

    Çoxlarının bilmədiyi 8 maraqlı Google xidməti

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir gün ərzində ən çox daxil olunan sayt olan Google’ın bildiyimiz xidmətləri qədər, bilmədiyimiz bir çox xidməti var.

    1998-ci ildə, Sergey M. Brin və Lawrence E. Page tərəfindən hazırlanan, internet həyatımızın ən vacib hissələrindən biri olan Google, bilinən xidmətləri ilə yanaşı bilinməyən, göz qabağında olmayan xidmətləri ilə də fəaliyyət göstərir. Bu xəbərimizdə Google’ın bilinməyən xidmətlərini sizlərə təqdim edirik.

    1. Chrome Remote Desktop

    Bu xidmət internet vasitəsilə təhlükəsiz formada digər kompüterlərə girişi və ya başqa istifadəçilərə sizin kompüterinizdəki məlumatlarla işləməyə imkan verir. Chrome Web Mağazası vasitəsilə Android əməliyyat sistemi olan cihazlarda da istifadə edilə bilən servis, eyni xidməti təqdim edən digər tətbiqlərin əksinə pulsuzdur.
     
    Çoxlarının bilmədiyi 8 maraqlı Google xidməti


    2. Panoramio

    Google’ın ilk Web 2.0 tətbiqlərindən biri olan Panoramio, şəkil paylaşmaq saytı kimi xidmət göstərir. Saytda paylaşılan şəkillərin eyni vaxtda Google Earth’də də yayımlanması istifadəçilərin bu xidməti seçməsinə şərait yaradır. Şəkilləri işarələmə ve çeşidləməyə imkan verən tətbiqdə 2 milyardan çox şəkil var. Saytda qeydiyyatdan keçən istifadəçilərə şəkil yükləmək üçün 2GB yaddaş həcmi verilir. İstifadəçi tərəfindən yüklənilən şəkillərin bütün hüquqları istifadəçiyə aid olur.
     


    3. Google Sky Map

    Adından da məlum olduğu kimi istifadəçilərin; ulduzları, planetləri, günəş sistemini izləməsinə imkan verən tətbiq, Google Earth programına uyğun işləyir. Demək olar ki, istifadəçilərin kosmosda gəzə bilməsinə imkan verən tətbiq, Android əməliyyat sisteminə uyğun xidmət göstərir.
     


    4. Who’s Down

    Google’ın onlayn söhbət tətbiqi olan "Who’s Down”, klassik məkan rejimini açmaqla yaxınlıqda olan istifadəçilərlə əlaqə yaratmağa imkan verir. Google Play Store’da pulsuz olaraq yayımlanan tətbiq yalnız Android əməliyyat sisteminə malik cihazlar üçündür.
     


    5. Project Sunroof

    Google mühəndisi Carl Elkin tərəfındən hazırlanan Project Sunroof tətbiqi planetin sahib olduğu günəş enerjisi potensialını istifadəçilərə təqdim edir. Tətbiq vasitəsilə dünya üzrə günəş enerjisi istifadə olunan yerləri görmək mümkündür.
     
     

    6. One Today

    Google'ın "İctimai məsuliyyət" adı altında xidmət göstərən layihəsi "One Today", köməyə möhtac insanların ehtiyaclarını qarşılama məqsədi daşıyır. Xeyir məqsədi güdməyən Google könüllüləri tərəfindən həyata keçirilən layihə , Google Play Store tərəfindən Android cihazlarına yükləmək üçün istifadəçilərə təqdim edilib. Tətbiqi yükləyən istifadəçilər, edilən köməklərin məzmunu, şəkilləri və.s bir çox mövzuda məlumat ala bilirlər.
     



    7. Google Scholar

    2004-cü ildən bu vaxta kimi Google tərəfindən istifadəçilərə təqdim edilən tətbiq, yalnız  akademik məqalələr və mövzular haqqında axtarış etməyə imkan verən axtarış sistemi kimi fəaliyyət göstərir. İstifadəçilərin pulsuz istifadə edə bildiyi tətbiq, akademik səviyyədə məlumat almaq istəyənlər üçün ən önəmli yerlərdən biridir. 
     
     

    8. Build With Chrome

    Google Australia ilə Lego-nun ortaq layihəsidir. Onun vəzifəsi Google Chrome veb-brauzerinin üçölçülü şəkilləri necə əks etdirməsini göstərməkdir. Həmçinin istifadəçilər onun köməkliyi ilə Lego-dan öz üçölçülü konstruksiyalarını yarada bilərlər.
     


    Linki kopyala