main-post-cover

    Oyun həvəskarları üçün 12 maraqlı fakt

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    01-EA Games-in Godfather oyunu hazırlanma prosesi gedərkən Marlo Brando həyatını itirmişdi. Həmin vaxt EA Marlo Brando-nun səsinə oxşar birisi üçün xeyli pul xərcləmişdi.


    02-RockstarGames GTA3 seriyasında Darkel adlı bir personajı 11 sentyabr terror aktı səbəbi ilə oyundan çıxartmışdı.Səbəb o idi ki, həmin personaj oyunda binaları partlatmalı idi.


    03-Yaponiyalı bir oyunçu Toshuyuki Takahashi coystik düymələrinə saniyədə 16 dəfə basa bilir.Bu bir dünya rekordudur.


    04-SONY-nin satışa çıxartdığı ilk məhsul nə kameradır, nə də ki, konsoldur.SONY-nin satışa çıxartdığı ilk məhsul düyü bişirən cihazdır.


    05-The Elder Scrolls 4: Oblivion oyunundan dialoqları tamamilə çıxartsaz oyunun sahə ölçüsü diskdə tutduğu sahə ölçüsünün yarısına qədər düşür.


    06-Məhşur oyun firmasının adı CAPCOM əslində Capsule Computers-in qısaldılmış formasıdır.


    07-The Sims oyunu satışa çıxarıldığı gündən etibarən 82 həftə boyunca İngiltərədə ən çox satılan oyunlar arasında birinciliyini əldən verməyib.


    08- Diablo oyununun ilk hissəsinin son bölümündə Diablo öz dilində danışır. Onun dediyi sözləri tərsdən oxusanız "Tərəvəzlərinizi yeyin və hər yeməkdən sonra dişlərinizi fırçalayın" cümləsini görərsiniz.


    09-DOOM 2 Kurt Cobain-in intihar etdiyi ildə satışa çıxarılmışdı. Burda bir şey qəribədir ki, oyunda Nirvana adlı bölümün əvvəlində bizə SHOOTGUN silahı verilir.


    10-PlayStation 2-nin dizaynı Atari-nin köhnə kompyuteri FALCON 030 Microbox-dan götürülüb. ATARİ müflis olandan sonra dizayn SONY tərəfindən alınmışdır.


    11-İnsan vücudundakı genlərdən birinin adı SONİC HEDGEHOG (SHH) adlanır.


    12-The Elder Scrolls 2: Dagerfall oyun dünyasının ən böyük xəritəsinə sahibdir. Ölçüsü 161.600 kvadrat kilometrə sahib olan oyun Skyrim-dən 4000 dəfə böyükdür.

    Linki kopyala