main-post-cover

    Oyun həvəskarları üçün 17 maraqlı fakt

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    01-Grand Theft Auto: San Andreas oyununun 27 kv-kilometrlik xəritəsi Liberty City-dən 5 dəfə, Vice City-dən 4 dəfə böyükdür.


    02-Oyunlarda görülmüş ilk Easter Egg ATARİ 2600 üçün hazırlanan Adventure oyununda görülmüşdür. Həmin oyunda girdiyimiz bir otaqda qarşımıza oyunu yaradanın adı çıxır.


    03-Xəzinə ovçusu Lara Croft-un əsl adı əslində Laura Cruz-dur.


    04-Gran Turismo 2-də 650 maşın var idi. Bu hətta ondan sonra gələn Gran Turismo 3-dən belə çox idi.


    05-İllərlə Metal Gear Solid oyunun "Snake" adlı personajına səsləndirən David Hayter "X-MEN" filminin ssenarisini yazmışdır.


    06-GTA oyunu ilk dəfə çıxanda, maşınımızla şəhəri başdan ayağa 3 dəqiqəyə gəzə bilərdik. Yəni ki, xəritə həddən artıq kiçik idi.


    07-Heç bir mənası olmayan "Sims" dili hazırlanarkən EA Games Ukraynaca, Nevahoca və Tagalogca dilləri üzərində araşdırmalar aparmışdılar.


    08-Dead Space-i yaradan studiya Nekromorfları hazırlayarkən yol qəzasında ölənlərin şəkilləri üzərində araşdırmalar aparmış və oyunun qorxulu səhnələrini hazırlamaq üçün yüzlərlə qorxu filminə baxmışdılar.


    09-God Of War oyununun əsas qəhrəmanı Kratos-un adı yunan dilindən tərcümədə "güc" mənasını verir.


    10-Şiddətli səhnələri ilə bol olan Carmageddon, İngiltərədə çıxarkən insanlar zombilərlə əvəzlənmişdi. Oyun Hindistanda çıxdıqda isə oyundakı bütün inəklər çıxarılmışdı.


    11-1999-cu il satışa çıxan Pokemon: Gold&Silver oyunu Pokemon seriyasının son oyunu olacağı xəbəri yayılmışdı.Lakin bundan sonra 150-dən çox Gold&Silver oyunu satışa çıxarıldı.


    12-Mario və Luigi-nin əkiz olmasının səbəbi NES-in yaddaşının dolması idi. Buna görədə Luigi yaşıl rəngə boyandı və bununla da problem həll edildi.


    13-Əgər fikir vermisinizsə Tomb Raider: Legend oyununun açılış videosu yoxdur.Çünki oyunu hazırlayan studiya bunu yaddan çıxartmışdı.


    14-Driver 3 oyunundakı personaj Timmy Vermicelli, GTA: Vice City oyunundakı Tommy Vercettinin parodiyasıdır. Burada oyunun istehsalçıları Tommy-nin "üzə bilməmək" qabiliyyətinə lağ etmişdilər.


    15-Yaponiyada oyunların TOP 10 siyahısına daxil olan tək QƏRB oyunu XBOX 360-da oynanılan Gears Of War olmuşdur.


    16-Oyun dünyasında oyunlar üçün ilk dəfə real səs qeydi Duke Nukem oyunu üçün aparılmışdır.


    17-Super Mario Bros-da buludlar və kollar eyni dizayna malikdirlər. Sadəcə olaraq kollar yaşıl, buludlar isə ağ rəngdədir.

    Linki kopyala