OYUN KONSOLLARININ TARİXİ: 21-ci əsr (4-cü hissə)

OYUN KONSOLLARININ TARİXİ: 21-ci əsr (4-cü hissə)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sony Playstation 2 (2000)

Playstation 1 ilə təxmin edildiyindən daha böyük bir müvəffəqiyyət əldə edən Sony 2000-ci ilə gəldikdə yeni milleniuma yaraşan bir cihaz təqdim etmişdi. Dövrünün kənarında təchizatı və DVD sürücüsü ilə böyük əks-səda yaradan Playstation 2 Dünya miqyasında 160 milyon satış rəqəminə çatmağı bacarmışdı. Slim modeli ilə eyni təchizatı kiçik bir konstruksiya içinə yığmağı bacaran Sony, 2012-ci ilin sonuna qədər Playstation 2 \'ni istehsal etmiş və altıncı nəsil konsol yarışının qalibi olmuşdu.
 
Microsoft Xbox (2001)

Sony-nin konsol bazarındakı böyük müvəffəqiyyətini görən Microsoft, bu bazara ilk addımını Xbox ilə 2001-ci ildə atmışdı. Playstation 2-nin böyük rəqibi olan Xbox, Microsoft\'un gözlədiyi satış rəqəmlərinə çata bilməsə də 30 milyonu keçməyi bacarmışdı. DVD sürücüsü və güclü təchizatı ilə oyun sevərlərin diqqətini çəkən Xbox əsl partlayışı sonrakı nəsil Xbox 360 ilə yaşadı.
 
Nintendo GameCube (2001)

Oyun nəhəngi Nintendo, Sony qarşısında ilk böyük məğlubiyyətini GameCube ilə yaşadı. Təchizat olaraq olduqca güclü olan GameCube sadəcə 20 milyonu ədəd sata bilmişdi. Nintendo bu cihazında da DVD istifadə etməmiş onun yerinə alternativ Mini DVD yə üstünlük vermişdi. Cihazın 20 milyonu satışa çatmasının ən böyük səbəbi çizgi filmler ilə məşhurlaşan Pokemon oyununun yeni versiyasının konsol üçün hazırlanması olmuşdu.
 
Microsoft Xbox 360 (2005)

Dövrümüzdə hələ daha istehsal olunan və satılan Xbox 360, Microsoft\'un oyun konsolu dünyasında əsl partlayışını yaşadan cihaz olaraq tanınır. Yeddinci nəsli başladan konsol olan Xbox 360 daha sonra əlavə Kinect adlı hərəkət qəbul etmə cihazı ilə inqilab yaratmış, oyunçuları hər hansı bir oyun kontrolleri ehtiyac olmadan bədən hərəkətlərini istifadə edərək oyun təcrübəsi yaşamasını təmin etmişdi. Xbox live xidməti vasitəsilə oyunçular üçün online oyun platforması təşkil Xbox 360, eyni platforma vasitəsilə film, musiqi və oyun yüklənməsini təmin edirdi.
 
Sony Playstation 3 (2006)

Sony-nin əfsanəvi Playstation ardıcıllığı bu konsol ilə davam edir. Əldə etdiyi müvəffəqiyyətli xətti bu konsol ilə davam etdirən Sony təxminən 120 milyon ədəd Playstation 3 satmağı bacardı. Blue-Ray disk dəstəyi ilə oyunlarda ölçü həddinin yaxşıdan yaxşıya azaldan Sony, bu mövzuda rəqibləri Microsoft və Nintendonun qarşısına çıxmağı bacardı. satışa çıxarılandan bəri 3 fərqli versiyası ilə get-gedə nazikləşən Playstation 3, hələ də ən güclü oyun konsollarından biridir.
 
Nintendo Wii (2006)

Hərəkət idarəsini ön planda tutan Nintendo Wii, ilk gələndə rəqiblərindən diqqətə çarpan şəkildə ayrılırdı. HD qrafika təqdim edə bilən güclü təchizata sahib rəqiblərinə qarşı az funksiyalara sahib olan Wii\'nin gücü, hərəkət sensoru ilə istər sükan, istər golf çubuğu, istəsəniz də tennis raketi ola bilən oyun pultundan gəlirdi. Müxtəlif idman oyunlarının eləcə də yoga və fitnessta edilə bilən Wii dünya miqyasında 100 milyona yaxın bir satış rəqəmini əldə etdi.
 
Nintendo Wii U (2012)

Wii ilə tutduğu müvəffəqiyyəti təkrarlamaq istəyən Nintendo 2012-ci ildə səkkizinci nəsil konsol müharibələrini başlamış oldu. İndiyə qədər sadəcə 5 milyon sata bilən Wii U, televizor başqası tərəfindən istifadə edildiyində oyunları oynaya biləcəyiniz oyun kontrolleri formasında bir ekran ilə gəlir.
 
Playstation 4 (2013)

Sony-nin yeni nəsil Playstation\'u Playstation 4, satışa sürətli bir şəkildə daxil oldu. Noyabrın ortalarında satışa təqdim olunan cihaz 2014\'ün ilk günü 4 milyon satış rəqəmini keçməyi bacarmışdı. Olduqca güclü bir təchizata sahib olan cihaz, üzərində touch sensor olan DUALSHOCK 4 ilə gəlir. Cihaz ölkəmizdə hal-hazırda satışdadır.
 
Microsoft Xbox One (2013)

Microsoft\'un yeni nəsil oyun konsolu Xbox One, Playstation 4-də olduğu kimi satışa sürətli bir şəkildə daxil oldu. Bəzi məhdudiyyətlər ilə istifadəçilərin reaksiyasını cəlb edən Xbox One, Microsoft\'un bu məhdudiyyətlərdən bəzilərini aradan qaldırması ilə normal satış rəqəmləri əldə etdi. 2014\'ün ilk günündə 3 milyon satış rəqəmini_ keçən Xbox One, daxili Kinect qəbul edicisi ilə gəlir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×