main-post-cover

    OYUN KONSOLLARININ TARİXİ: 90-cı illər (3-cü hissə)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Super Nintendo Entertainment System (1990)

    NES-in böyük müvəffəqiyyətindən 7 il sonra Nintendo başqa bir oyun konsolu Super Nintendo Entertainment System yəni SNES ilə eyni müvəffəqiyyəti təkrarlamaq istədi və məqsədinə çatdı. Dünya səviyyəsində 60 milyon ədəd satan SNES hələ də zövqlə oynanan Super Mario World, The Legend Of Zelda və Street Fighter 2 oyunlarını özü ilə gətirirdi. Konsol dördüncü nəsil yarışının qalibi oldu.

    SNK Neo Geo CD (1990)

    Dördüncü nəsil təchizat olaraq ən güclü konsol olan SNK Neo Geo CD dövrünün çox üzərində olan 12 MHz saat sürətində işləyən Motorola prosessoru ilə göz qamaşdırsa da qiymətinin bahalığına görə yalnız 1 milyon ədəd sata bilmişdi. Cihazın özü kimi oyunları da olduqca bahalı idi. Cihaz üçün verilən ən uyğun qiymətli oyun 50 dollar qiymətindəykən ortalama oyun qiymətləri 200 - 300 USD arasında idi.

    Commodore Amiga CD32 (1993)

    Əfsanəvi kompüter Commodore 64'ün istehsalçısı Commodore -un ev növü oyun konsolu Amiga CD32 sadəcə 100.000 ədəd sata bilmişdi. Daxilindəki CD sürücüsü dövrünün qarşısındakı texnologiya olsa da qiyməti salmaq məqsədi ilə hazırlanan avadanlıq məhdudiyyətləri məhsulun satılamamağına səbəb olmuşdu.

    Atari Jaguar (1993)

    Atari -nin beşinci nəsil oyun konsolu sınağı olan Jaguar firmanın sonunu hazırlayan oyun konsollarından oldu. Jaguardan sonra bir neçə uğursuz sınaq edən Atari 1996-ci ildə bağlanmaq məcburiyyətində qaldı. Sadəcə 250.000 ədəd satan Jaguar üçün hələ də oyun hazırlayan Atari sevərlər mövcuddur.

    Sony Playstation (1994)

    Müasir oyun konsollarını oyun konsolu edən cihaz, hansıki çoxumuzun televiziyalarını işğal edən Sony Playstation. Oyun konsolu bazarına ilk dəfə daxil olan Sony çıxartdığı tək cihaz ilə bütün konsol müharibələrini bitirərək bazarı inhisar halına gətirdi. İlk dəfə çıxanda bütün oyun sevərlərin ürəklərini əlinə alan Playstation, CD sürücüsü vasitəsilə oyunlar üçün nəhəng yer təşkil edir, bunun sayəsində də qrafikası çox təkmilləşdirilmiş oyunlar hazırlana bilirdi.


    Playstation ilə birlikdə elan olunan oyun kontrolleri Playstation Controller 1997-ci ildə bazarda inqilab yaradan DUALSHOCK oyun kontrolleri ilə dəyişdirildi. Hazırkı müasir konsollarda belə oyun kontrollerləri DUALSHOCK-a oxşar quruluşda çıxarılmaqdadır. 2000-ci ildə dizaynı dəyişdirilən Playstation PSone adını alaraq 2006-ci ilə qədər istehsalına davam etdi. Dünya səviyyəsində hər iki versiyası üçün 100 milyondan çox satıldığı təxmin edilən Sony, Playstation 4 ilə silsiləni hələ də davam etdirir.

    Apple Pippin (1995)

    Apple və oyun konsolu bir-birindən ayrı sözlər kimi gəlsə də 1995-ci ildə Apple ev içi əyləncə cihaz istehsal etmiş və bu cihaz oyun imkanları vasitəsilə oyun konsolu olaraq görülmüşdü. Apple bu cihazın müəllif hüquqlarını fərqli firmalara verib fərqli ölkələrdə fərqli adlarda bazara versə də əsasən Apple CPU memarlığı və əməliyyat sistemini daxilində saxlayırdı.

    Sega Saturn (1996)

    Sony Playstation qarşısında dayanmağa çalışan Sega Saturn, 10 milyon satış rəqəmini tutmasına baxmayaraq beşinci nəslə PlayStationun kölgəsi altında qalmış və Sega dövrünün yavaş- yavaş sona çatdığını oyun sevərlərə bildirmişdi. Oyunun ikiqat prosessoru oyun yaradıcılarının işini olduqca çətinləşdirmişdi.
    Nintendo 64 (1996)

    Oyun nəhəngi Nintendonun beşinci nəsil də Sony Playstation ilə rəqabət aparacaq konsolu, 64 bitlik prosessoru ilə diqqət çəkirdi. 30 milyondan çox satılmış konsol Nintendo oyun patronundan istifadə mövzusundakı israrçılığını sübutlar edəcək xüsusiyyətdə idi. Konsolun oyun kontrolleri, forması ilə əfsanə olmağı bacarmış, hələ də nostalji oyun kontrolleri deyildikdə ağıla ilk gələn oyun kontrollerləri arasında yer almaqdadır.

    Sega Dreamcast (1998)

    Altıncı nəslin başlanğıcı yenə də Sega ilə olmuşdu. Əvvəlki konsolu Saturn istənilən müvəffəqiyyəti əldə edə bilmədikdə 1998-ci ildə Dreamcast adlı yeni konsolunu təqdim edən Sega yenə 10 milyon satış rəqəmini keçməyi bacara bilməmişdi. Crazy Taxi kimi sevilən oyunları bu konsol ilə birlikdə satışa təqdim edən Sega daha sonra konsolun Hello Kitty versiyası kimi fərqli modellərini satışa vermişdi. Konsol 2001-ci ildə istehsaldan çıxarılsa da 2007-ci ilə qədər mağazalarda tapıla biləcək vəziyyətdə idi.



    Linki kopyala