main-post-cover

    OYUN KONSOLLARININ TARİXİ: Magnavox Odyssey

    Elm & Texnologiya
    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Magnavox Odyssey tarixdə ilk video-oyun konsoludur. Bu konsol ev video oyun konsollarının atası sayılan Ralph Baer tərəfindən hazırlanmışdır. Bu konsol stolüstü tenis, voleybol, Ping-Pong və başqaları kimi top və avarla oynanılırdı.
    27 yanvar 1972-ci il tarixində, Magnavox şirkəti istehsala başladı və cihaz May ayında satışa buraxıldı. Konsolun reklamı o qədər güclü oldu ki, 1972-ci il hər konsol 100 dollardan hesablanaraq 100.000 ədəd satdı.
    Odysseyin xüsusi funksiyaları yox idi. Heç bir prosesora və yaddaşa malik deyildi. Qutu tranzistorlar və rezistorlar və kapasitorlardan ibarət idi. Odysseydə oyun parametrlərini dəyişdirmək üçün pin çıxışları ehtiva edən kartlardan istifadə edirdilər. Konsolda oynamaq üçün ekranda plastik örtüklərdən istfadə edirdilər. Ekran görüntüsü ağ və qara idi. Həmin ağ-qara ekranda top və avarla oyunumuzu oynayardıq.Odyssey əslən 6 oyun kartı və sistem üçün təqdim olunan 12 əlavə oyun üçün 36 səhifəlik istifadə təlimatları kitabçası ilə gəldi. 

    Magnavox Odyssey-in çıxışı bütün dünyaya təsir elədi və o gündən bəri oyun dünyasının tarixi yazılmağa başladı.

    Linki kopyala