main-post-cover

    Oyunlarda olan gizli faktlar: Easter Eggs (1-ci hissə)

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Çox vaxt oyunun gedişatına fikir veririk və kiçik detalların fərqində olmuruq. Oyun istehsalçılarının oyunlarda gizlətdikləri bəzi ağıllıca qoyulan detallar var ki, diqqət etsək belə bunları görmək bir az çətindir bizim üçün.


    Buyurun dünyanın ən çox oynanan oyunlarından bəzi seçmələr;

     

    1. Tupac (GTA 5)

    GTA 5'də Tupac-ı bir divarın qarşısında oturarkən görə bilərsiniz. Lakin xəritənin tam harasında olduğunu bilmirik, internetdə araşdıraraq tapa bilərsiniz.

     

    2. Assassin's Creed 2

    Oyunun əvvəlində "Press Enter" yazılan ekranda heç bir düyməyə toxunmayın, siçanı belə hərəkət etdirməyin və 2 dəqiqə ərzində gözləyin. Gizli bir video ilə qarşılaşacaqsınız.

     

    3. Yekə başlar (Batman- Arkham city)

    Oyunun normal ya da ağır çətinlik səviyyəsində hər hansı bir yerdə Cryptonic Sequencer'i əlinizə aldıqdan sonra sağ və sol trigger-lərə basılı tutarkən sol analogu saat istiqamətinə, sağ analogu saat istiqamətinin tərsinə eyni anda çevirməyə başlayın. 10 saniyə sonra xarakterlərin başları böyüyəcək. Əlbəttə bu Xbox 360 üçündür. PS3 üçün lazım olan düymələri bilmirik.

     

    4. Yadplanetlilərdən gələn işarələr (Battlefield 2)

    Bunu ancaq havadaykən görə bilərsiniz. Zatar Wetlands xəritəsində, şimal-şərqdəki bayrağa tərəf gedərkən tarlalardan birində işarələr görəcəksiniz. Əgər yolda gedərkən aşağıya baxmasanız itirəcəksiniz .

    5. Dəlixana (Call Of Duty - World At War)

    Call Of Duty - World At War oyununun bir hissəsində ruhi xəstəxanadakı bağlı bir otağa noclip hiyləsi ilə girsəniz özbaşına qorxuducu səs tonuyla bir piano çalındığını eşidərsiniz bəzilərinə görə kabus bir qız çalır amma hələ o məlumatın əsli yoxdur.

    6. Elektrik stulu (Call Of Duty - Black Ops)

    Oyuna başlamamışdan əvvəl birbaşa space düyməsini basıb saxlasanız Alex Mason (oyundakı personajımız) birdən bağlı olduğumuz elektrik kürsüdən əllərini xilas edib ayağa qalxar. Buradakı məqsəd arxadakı kompüterə hiylə kodlarını yaza bilməkdir məsələn: 3arc unlock (bütün hissələri açmaq) təkrar space'ə basarsanız əvvəlki köhnə vəziyyətinə qayıda bilər.

     

    7. Qorxunc nənə (Call Of Duty - Black Ops 2)

     

    Call Of Duty - Black Ops 2 zombi rejimində hava fişənglərinin atıldığı tərəfə doğru Sniperlə baxsanız qorxunc nənə adı ilə adlandırılan sifət birdən qarşınıza çıxar.

     

    8. DuckHunt vaxtikənAtari'də çox oynadığımız bir oyundur.

    Oyunun İstifadəçi təlimatında yazılsa belə bir çox adamın bilmədiyi bir hadisə əslindı budur. Əgər single duck rejimdə, ikinci kontrolleri digər yuvaya daxil etsəniz, ördəkləri idarə edə bilərsiniz.

     

    9. Maşın sürən çöl donuzları (Far Cry)

    Avtomobilinizi daş pilləkən olan bir yerə qoyub bir müddət oradan uzaqlaşsanız geri qayıtdığınız vaxt 1 və ya 2 çöl donuzunun avtomobilinizi sürdüyünü görəcəksiniz.
     

    10. Təslim ol Kratos (God Of War)

    Əgər Temple of Oracle hissəsində, müvafiq olaraq, ateşböceği, qəbr qazan və körpüdəki məşəllərin arasında R2-yə bassanız, səmada "Surrender Kratos" (Təslim ol Kratos) yazısı meydana gələcək.
     








    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər