main-post-cover

    Oyunlarda olan gizli faktlar: Easter Eggs (2-ci hissə)

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    01-Qızın ruhu (GTA V)

    GTA V-də gecə saat 12-dən sonra qanlı qayanın üstündə qızın ruhu görsənir.

     

    02-Epsilon (GTA San Andreas)

    Əgər dağda bu adamla toqquşsanız həmin adam sizə epsilon haqqında məlumatlar verəcək.

     

    03-Burada gizli yumurta yoxdur. (GTA San Andreas)

    Jetpack ilə Las Venturasla San Fierro arasındakı körpünün ən üst hissəsinə çıxsanız "Burada heç bir yumurta yoxdur. Geri qayıdın" kimi yazı ilə qarşılaşacaqsınız.

     

    04-Zombilər (Half-Life 2)

    Half-Life 2 oyunundakı zombilərin səsinə tərs formada qulaq dinləsəniz, "HELP ME" (Kömək edin) sözünü eşidəcəksiniz.

     

    05-Meksika dalğası (Hitman: Blood-money)

    Əgər A New Life tapşırığında, otağında yatıb qalanda hədəfinizi öldürmədən boyunbağısını oğurlasanız və iki alışqan qazı butulkasını də tapıb hovuz başındakı manqala "Rig the Barbeque" variantını istifadə etsəniz, qadın manqalı yandırdıqda partlayış olduğu vaxt, mühafizəçilər alqışlayıb Meksika dalğası edərlər.

     

    06-Yadplanetli işarələri (Metal Gear Solid 4)

    Act 2-də Naomi'nin arxasında olduğunuz vaxt yolu təqib edin, dəsmalını buraxanda irəliləməyə davam edin. Çayı keçdikdən sonra əyilmiş vəziyyətdə əsgəri neytral vəziyyətə gətirib soldakı yoldan davam edin. Burada yadplanetlilərin iziylə qarşılaşacaqsınız.

     

    07-Krypt (Mortal Kombat: Komplete Edition)

    Mortal Kombat Komplet Edition oyununda extras rejiminə girib Krypt adlanan yerdə çox gəzsəz nə olduğu məlum olmayan məxluq birdən qarşınıza çıxacaq.

    08-Red Faction Guerilla

    Badlands'də bir kürsü üzərində tapdığınız və döyüşün çətinliyindən şikayətlənən şəxs əslində ilk oyunda idarə etdiyimiz personaj Parkerdir.

    09-Yekə başlar (Serioussam 3)

    İlk hissədə ki, çöl məbədindən ara küçələrdən qapı olmayan yerdə təkcə yüksək bir yerə çıxıb tullana biləcəyiniz bir şüşə var. Oradan tullanaraq keçsəniz birdən qarşınıza bizim bədən və geyimimizdə amma çox daha böyük başlı canlılar çıxar. Zərər verə bilməzsiniz amma sizə doğru dayanmadan yaxınlaşıb bir şeylər mırıldanırlar atəş edib vursanız qan içində acı bir şəkildə qışqıraraq ölərlər.

     

    10-Başsız süvari (The Elder Scrolls V: Skyrim)

    ğ

    Hamvir's Rest yaxınlığında başsız süvarinin ruhunu görə bilərsiniz. Ümumiyyətlə axşam 10 ilə səhər 5 arasında Skyrim torpaqlarında gəzən başsız süvariyə hər hansı bir zərər verə bilmirsiniz.



    Linki kopyala