main-post-cover

    OYUNLARIN TARİXİ: FarCry seriyası (1-ci hissə)

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    FARCRY (2004)

    Far Cry Almaniyada Crytek tərəfindən hazırlanmış və Ubisoft tərəfindən yayımlanan oyun, 23 Mart 2004-cü ildə Microsoft Windows üçün satışa çıxarılmışdır. Far Cry dörd ay ərzində 730,000 ədəd satmış və hələ də dünya səviyyəsində 1 milyondan çox kopiyası satılmaqdadır. Original oyunu müxtəlif konsollar üçün çıxarılmış və Far Cry adında bir film də çəkilmişdir.
    Oyunda Mikroneziya'da bir gəmi icarə şirkətinin sahibi Jack Carver'i idarə edirsiniz. Ehtiraslı bir jurnalist olan Valerie Cortez'ə Cabatu adalarına yoldaşlıq etmək kimi sadə bir işi görərkən, o cənnət kimi yerlər birdən cəhənnəmə çevrilir. Oyun genetik mühəndisliyində silahlanmanın təhlükələri ilə bağlı tematik elementlər daxildir və Krieger adlı dəli bir elm xadimi tərəfindən yaradılmış yöndəmsiz varlıqların və yerli Adalıların soyqırımı görülməkdədir.
    Far Cry daki ərazi regiondan regiona çox dəyişir. Sakit okeanda hazırlanmış regionda keçir. Sahilləri də əhatə edən mənzərələr, intensiv yağış meşələri, çox yüksək kanyonlar, mədənlər, bataqlıqlar, və hətta vulkan meşələri var. Sadə sahillərindən görünən sahələri və etina edilərək hazırlanmış ordu düşərgəsi kompleksləri, bir yeraltı məbədi, və qabaqcıl teknoloji tədqiqat laboratoriyaları da vardır. Bu tikililər Yapon İmperatorluq Kara Qüvvələrindən və sığınacaqlarından qalmışdır.
    Mikroneziya'da bir gəmi icarə şirkətinin sahibi olan Jack Carver'i canlandırdığımız oyunda, Cabatu adalarında itən qadın jurnalist Valerie Cortez'ı arxasına düşürük. İrəlidəki bölümlərdə bu jurnalist Jack Carver'a kömək edir. Oyun bir mağarada başlayır. Jack Carver mağaradan çıxış yolu axtararkən bir simsiz telefon görür, telefondakı adam bizə buradan necə çıxacağımızı və muzdlu əsgərlərin içindən necə keçə biləcəyimizi izah edir. Oyun əvvəlcə cənnət kimi bir adada başlayarkən ortalarında mağaralarda, canavarların olduğu meşələrdə keçir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər