main-post-cover

    OYUNLARIN TARİXİ: Grand Theft Auto

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    1. Grand Theft Auto (1997)

    1997-ci ildə çıxan GTA seriyasının ilk oyunu Grand Theft Auto digər oyunlarından fərqlənir. Oyun 2D formatındadır və qrafika çox aşağı səviyyədədir. Əlbəttəki 1997-ci ilə görə bu çox yaxşıdır. Cəmi 3 şəhər var. Liberty City, Vice City və San Andreas.Həmçinin bu oyunda cəmi 4 silah var. Bu oyunun 2 genişləndirmə paketi var.

    2. Grand Theft Auto : London 1969 (1999)


    Seriyanın ikinci oyunu GTA London 1969 əsasən GTA 1-in genişləndirmə paketidir. GTA 1-ə çox oxşayır. Oyun 1969-cu ilin London şəhərini göstərir. Qrafika GTA 1-ə görə bir az yaxşıdır.


    3. Grand Theft Auto: London 1961 (1999)


    Seriyanın üçüncü oyunu GTA London 1961 GTA 1-in ikinci genişləndirmə paketidir. Əgər GTA London 1969-a sahibsinizsə onda bu oyunu pulsuz yükləyə bilərsiniz. Oyun 1961-ci ili göstərir. GTA London 1969-a çox oxşayır. Sadəcə olaraq Manchester əlavə edilib.


    4. Grand Theft Auto 2 (1999)


    Seriyanın 4-cü oyunu olan GTA 2 qrafik cəhətdən GTA 1-i üstələyir.Hətta introsuna görə belə. Oyun 2013-cü ildə keçir. Əsas qəhrəmanımızın adı Claude Speed-dir. Bəli düz eşitdiniz GTA 3 oyunundan tanıdığınız Claude Speed. Amma qəribədir ki, bu oyundakı insanlar Claude Speed-i fərqli şəkildə çağırır. Kill Frenzy !


    5. Grand Theft Auto 3 (2001)


    Seriyanın beşinci oyunu GTA 3 digər GTA-lardan tamamilə fərqlənir. Bu oyun 3D formatındadır. Digərlərindən fərqli cəhətləri odur ki, bu oyunun qrafikası çox yaxşıdır, maraqlı animasiyaları var, maşınları idarə etmək insana böyük bir həzz verir. Sanki real həyatda maşın sürərmiş kimi oyunçuya maraqlı gəlir. Oyunun keçdiyi il 2001-ci ildir. Əsas qəhrəmanımızın adı Claude-dir.


    6. Grand Theft Auto : Vice City (2002)


    Seriyanın altıncı oyunu olan GTA Vice City bütün GTA seriyalarından olduqca rəngarəngdir. Doğrudur ki, oyunun xəritəsi digərlərinə görə çox kiçikdir. Amma gözəl və cəlbedici gözəlliyi və əyləncəni bu oyuna yerləşdirməyi bacarıblar. Oyun 1986-cı ildə Vice City-də (əslində Mayamidə) keçir. Əsas qəhrəmanımızın adı Tommy Vercetti-dir.


    7. Grand Theft Auto : San Andreas (2004)


    İllərdir oynanılan və hələdə öz gücünü itirməyən, seriyanın yeddinci oyunu olan GTA San Andreas 2004-cü ildə satışa buraxılmışdı. Bununlada San Andreas əfsanəsi başlamışdır. Üç şəhəri: Los Santos, Las Venturas, San Fierronu birləşdirən San Andreas-in xəritəsi Vice City-ə görə 4 dəfə, GTA 3-ə görə isə 5 dəfə böyükdür. Oyun 1992-ci ildə keçir. CJ ləqəbi ilə tanınan əsas qəhrəmanımızın adı Carl Johnson-dur. Claude ilə qarşılaşma hətta yarışma şansınız da var.


    8. Grand Theft Auto Advance (2004)


    Əl konsolu Gameboy Advance üçün çıxan, seriyanın səkkizinci oyunu olan GTA Advance 2004-cü ildə satışa çıxarılmışdır. Oyun qrafik cəhətdən GTA 3 ilə GTA 1-in qarışığıdır. Oyun elə 2004-cü ildə keçir. Əsas qəhrəmanımızın adı Mike-dır.


    9. Grand Theft Auto : Liberty City Stories (2005)


    Seriyanın doqquzuncu oyunu GTA Libert City Stories 2005-ci ildə PlayStation üçün satışa buraxılmışdır. Oyun qrafik cəhətdən San Andreas-a oxşayır. Əsas qəhrəmanımızın adı Toni-dir.Oyun 1998-ci ildə keçir.


    10. Grand Theft Auto : Vice City Stories (2006)


    Seriyanın onuncu oyunu olan GTA Vice City Stories, Liberty City Stories-ə çox oxşayır. Həmçinin bu oyun GTA 3D adlandırılan qrupun son oyunudur. Əsas qəhrəmanımız Lance Vance-nin qardaşı Victor Vance-dir. Oyun Vice City şəhərində 2 il əvvəlki, 1984-cü ildəki hadisələri göstərir.


    11. Grand Theft Auto IV (2008)


    Seriyanın on birinci oyunu GRAND THEFT AUTO IV-dür. Bu oyun GTA 3-dən sonra ikinci əfsanə sayılır. Gözləri qamaşdıran qrafik görüntüləri olan GTA IV 2008-ci ildə Liberty City-də keçir. Əsas qəhrəmanımızın adı serbiyalı Niko Bellic-dir.


    12. Grand Theft Auto IV: The Lost and Damned (2009)


    Seriyanın on ikinci oyunudur. GTA IV-ün DLC paketlərindəndir. Oyuna bir az fərqlilik qatılıb sadəcə olaraq. Yeni tapşırıqlar və s.


    13. Grand Theft Auto IV : The Ballad of Gay Tony


    Bu da əsas oyunun DLC paketidir. Oyuna sadəcə olaraq homo-seksuallıq mövzusu atılıb.


    14. Grand Theft Auto : Chinatown Wars (2009)


    Seriyanın on dördüncü oyunu Chinatown Wars, GTA seriyasının telefonlar üçün çıxan ilk oyunudur. Oyun demək olar GTA 4 ilə GTA 1-in qarışığıdır.


    15. Grand Theft Auto V (2013)


    Seriyanın 15-ci oyunu olan GTA V bütün seriyalardan fərqli formada öz çıxışını etdi. Digər seriyalarda hamıya məlumdur ki, biz bir nəfərlə oynaya bilirdik. Amma bu seriyada 3 nəfəri idarə etmək hüququmuz var. Bu oyunda biz yenə də Los Santos-a (San Andreas) qayıdırıq. Oyun qrafik cəhətdən bir çox oyunu geridə qoymuşdur. Ən əsasıda PC-yə çıxandan sonra.Oyuna yeni animasiyalar, yeni maşınlar, yeni silahlar və bir çox yeni özəlliklər əlavə edilib. Oyunda WANTED LEVEL 5-ə endirilib. Əvvəl 6 səviyyə idi.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər