main-post-cover

    Oyunların piratlaşdırılması

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Oyun şirkətlərinin ən böyük problemi nədir? - deyə soruşsanız bunun tək bir cavabı var. Piratlaşdırılma. Bəli . Torrent fayllarla yüklənən pirat oyunlar. Hansı ki, şirkətlər bir oyunun hazırlanmasına milyonlarla dollar sərmayə qoyur, oyun satışa çıxır və bir-iki gündən sonra həmin oyun bir qrup hacker tərəfindən crack olunaraq, yəni sındırılaraq piratlaşdırılır. Bununla da həmin şirkətin zəhməti hədər gedir və oyunun hazırlanması üçün sərf olunan aylar və illər boşa çıxır. Həmin şirkətlər buna görə həm psixoloji həm də maddi tərəfdən xeyli ziyana düşür. Oyunların piratlaşdırılması əsasən PC platformasında baş verir. Oyun konsollarında piratlaşdırma ilə nadir hallarda qarşılaşırıq. Ona görə ki, konsolların "oyunu tanımaq" sistemi elə quraşdırılıb ki, oyunun pirat və yaxud original olmağını dərhal təyin edir. Misal üçün siz əgər Xbox-a pirat oyun yükləmək istəsəniz, konsol dərhal bloklanacaq. Konsolu da yenidən əvvəlki vəziyyətinə qaytarmaq elə də asan iş deyil. Playstation-a pirat oyun yükləmək istəsəniz, sizin PSN hesabınız bloklanacaq və konsolunuza virus düşəcək. Necə deyərlər qaş düzəldən yerdə, vurub göz çıxardacaqsınız. Bəs original və pirat oyun arasında hansı fərq var ? Niyə axı biz oyunları pulsuz yüklədiyimiz yerdə gedib original oyuna 59 dollar verməliyik ? İndi bu sualların cavabını tapacaqsınız. Gəlin pirat və original oyunların əlamətlərindən danışaq.
    1) Pirat oyunların mənşəyi bilinmir. Pirat oyunlar əsasən virus daşıyıcıları olurlar. Oyunlar crack edildikdən sonra hər hansısa torrent saytına qoyulur. Həmin saytlara isə hər gün yüzlərcə DDos attack atılır və ya virusla doldurulur. Biz isə həmin saytdan oyun yükləyərkən o virus bizim kompüterimizə düşür. Həmin virus bizim kompüterimizə kifayət qədər ziyan verir
    2) Pirat oyunlarda siz öz dostlarınızla serverlərdə oyun oynaya bilmirsiniz
    3) Original oyunlara hər dəfə yenilənmə gəldiyi halda pirat oyunlarda bu baş vermir
    4) Pirat oyunlarda hər dəfə bir sıra problemlər üzə çıxır. Səbəbi odur ki, oyunlar piratlaşdırılarkən hackerlər çalışırlar ki, oyun kifayət qədər az yer tutsun. Ona görə də oyunun içindəki bəzi fayllar silinir
    5) Pirat oyunlarda multiplayer dəstəyi olmur
    6) Pirat oyunlar kompüterə yükəndikdən sonra açılmır çünki bəzi sistem proqramları yüklənmir.
    Steam və ya digər rəqəmsal oyun satışı platformalarından alınan bütün oyunlar original olur. Dünyada ən çox yayılan e-oyun satış platforması Steam sayılır. Bir çox məşhur oyun şirkətləri yeni oyunlarını Steam-də satışa qoyur. Və bununla da kifayət qədər pul qazanırlar. Steam-də hər sezon endirimlər olur. Bəzən endirimlər o qədər böyük olur ki, o oyunu almadan dayana bilmirik. Ya alırıq ya da "Steam Gift" formasında kiməsə hədiyyə veririk. İndi isə gəlin Steam oyunlarının əlamətlərindən danışaq.
    1) Buradakı oyunların hamısı original olur. Heç bir virus olmur
    2) Burada aldığınız oyunda öz dostlarınızla co-op serverlərdə oynama imkanı qazanırsınız
    3) Steam-də oyunlara bəzən pulsuz DLC-lər gəldikdə siz bundan yararlanırsınız. Hər dəfə yenilənmə olduqda sizin bundan xəbəriniz olur
    4)Steam-dəkı oyunların heç biri sıxılmır. Hamısı öz ölçülərində olurlar
    5) Steam oyunları multiplayer dəstəyinə sahib olurlar
    6) Oyun kompüterinizə yüklənən kimi lazım olan bütün sistem proqramları yüklənir. Əgər oyun açılmasa onda sizin kompüterin sistemi oyunun sistem tələblərinə uyğun deyil.
    Yəgin ki, pirat oyunlar ilə original oyunlar arasındakı dünya qədər fərqi gördünüz. İndi isə özünüz fikirləşin. 10 AZN verib original və təmiz oyun almaq yaxşıdır yoxsa pulsuz yükləyib kompüterə viruslarla əziyyət vermək? 

    Linki kopyala