
Öz biznesini qurmaq istəyən xanımlar üçün əla fürsət! (WoWenture 2)
Digər
07.05.2017
Farid Pardashunas
WoWoman qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın vəmümkünsüz görünən
arzularını həyata keçirmələri üçün yol göstərən, işarələr verən platformadır. Yarandığı tarixdən etibarən WoWoman
Tech-Tech Xanım İT kurslarını, HR Academy təlimlərini, jurnalistika,
motivasiya, vaxtın idarə edilməsi, özünəinam, fərdi və peşəkar inkişafa dair
müxtəlif tədbirlər həyata keçirmişdir. Bundan əlavə, platforma yaxın günlərdə Gəncə
şəhərində və bir sıra xarici ölkələrdə də fəaliyyətinə start verəcəkdir.
WoWomanın xüsusi layihələri sırasında WoWenture xanımlar üçün sahibkarlıq proqramını vurğulamaq lazımdır. Belə ki, öz işini qurmaq
istəyən, ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar
üçün fürsət yaradan layihə, ikinci mərhələsi ilə noyabr ayının 13-də start
götürür.
"İdeyadan
Biznesə" şüarı ilə yola çıxan
xanımlar birinci modulda sahibkarlığın əsasları və
biznesi planlamağı; ikinci modulda
komandanın qurulması və idarə edilməsini; üçüncüdə - marketinq və satış
bacarıqlarını; dördüncü modulda - biznesin maliyyə və hüquqi əsaslarıını; və
son olaraq, beşinci modulda isə - investorların qarşısında çıxış, pitching
qabilliyyətini öyrənəcəklər.

WoWenture 2 Layihə Meneceri Kəmalə İsmayılovanın məlumatına əsasən, layihədə təlimçi qismində Rafael Əzizov iştirak edəcəkdir. Qeyd edək ki, Rafael bəy Raphael Group-un təsisçisi və rəhbəridir, həmçinin, "İdeya Qazandı" verlişində münsif qismində çıxış etmişdir.

Proqramın sonunda ideyalarını biznes plan şəklində təqdim edən iştirakçılar investorun qarşısında çıxış edəcəklər. Qalib olan xanım isə öz ideyasını biznesə çevirmək üçün investisiya yatırımı əldə edəcəkdir. Qeyd edək ki, investisiya kiçik və orta sahibkarlıq sahəsinə şamil ediləcəkdir.
Layihənin başlanma tarixi: 13 noyabr, saat 9:00.İlk modul noyabr ayının 13 və 19, ikinci modul - noyabr ayının 20 və 26, üçüncü modul noyabr ayının 27 və dekabr ayının 3, dördncü modul - dekabr ayının 4 və 10, beşinci modul dekabr ayının 11 və 17 keçiriləcəkdir. Dərslər səhər saat 9:00 - 13:00 arasında baş tutacaq.
Əgər siz də ideyanızı biznesə çevirməyin yollarını, biznes modelini anlamaq və biznesi planlamağı, biznesin marketinq, satış, hüquqi və maliyyə aspektlərini öyrənmək istəyirsinizsə, WoWenture 2 layihəsini qaçırmayın. DİQQƏT: Yerlər məhduddur.
Iştirak üçün link:http://wowoman.org/az/project/wowenture-2-ideyadan-biznesə/#form
Tədbirlə bağlı ətraflı WoWoman Azerbaijan facebook səhifəsindən ouya bilərsiniz. Əlavə məlumat almaq, ödəniş etmək və suallarınızı ünvanlamaq üçün Layihə Meneceri Kəmalə İsmayılova ilə əlaqə saxlaya bilərsiniz: 050 4205995.
Email: wowenture.wowoman@gmail.com
Linki kopyala
Həftənin xəbərləri

