main-post-cover

    Öz Instagram səhifəsini, amputasiya olunmuş ayağına həsr etdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram-da çox maraqlı bir səhifə aşkar edilib.

    Belə ki, xərçəng xəstəliyinin nəticəsində sağ ayağını itirmiş Kristi Loyall adlı qız, öz Instagram səhifəsini, amputasiya edilmiş ayağının səyahətinə həsr edib. Kristidə sarkoma xəstəliyinin nadir növü aşkarlanmışdı. İlk öncə Kristi fikir vermişdi ki, ayağının balaca barmağını hiss etmir. Daha sonra hissiyatsızlıq bütün ayağı əhatə etdi və ağrılar peyda olmağa başladı. Sarkomanın yayılmaması üçün həkimlər Kristinin sağ ayağını dizinə qədər amputasiya etməli oldular. Amputasiya edilmiş ayağı təmizləyəndən sonra o tamamilə sümük halına gəlib və Kristi ona ayrıca olaraq Instagram səhifəsi həsr edib. Kristi fikirləşir ki, onun bu ideyası çox uğurlu olacaq və o öz tibbi xərcləri üçün pul yığa biləcək. Hal-hazırda Kristinin ayağının Instagramsəhifəsində 10.000-dən çox izləyici var.
     

    Linki kopyala