main-post-cover

    Özünüzü superqəhrəman rolunda hiss edəcəyiniz maraqlı tətbiq (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    App Store-a çox maraqlı və qeyri-adi tətbiq əlavə edilib.

    Belə ki, App Store-a, istifadəçilərə bədənlərinin 3D modelini yaradaraq sevdikləri superqəhrəmanların və ya məşhur simaların obrazlarını özlərində sınamağa imkan verən 3Dlook adlı tətbiq əlavə olunub. 3Dlook vasitəsilə istifadəçi bədəninin real ölçülərinə əsaslanaraq onun 3D modelini yarada və istədiyi superqəhrəmanın libasını öz üzərində sınaqdan keçirdə bilər. Hələ ki, 3Dlook test rejimində işləsə də artıq istifadəçilər tətbiqdən yararlanaraq özlərinə superqəhrəman obrazında baxa bilərlər. Tətbiqdə ən məşhur superqəhrəmanların libasları yer almışdır. Tətbiq, istifadəçinin fotosunu skan edərək onun real həyatdakı bədən ölçüləri əsasında 3D model yaradır.
    Daha sonra fotonu redaktə etmək olar. Məsələn daha hündür və ya alçaqboylu olmaq, superqəhrəmanların libaslarını geyinmək və arxa fonu dəyişmək. Ən yaxşı nəticəni əldə etmək üçün gərək istifadəçi yaxşı işıqlandırılmıış mühitdə bədəninin kameraya tam düşdüyü tərzdə şəkil çəkdirsin. Tətbiq saqqalı fərqləndirsə də fotonu çəkən zaman eynəkləri çıxarmaq lazım olacaq. Layihə rəhbəri Vadim Roqovskiy-in sözlərinə görə bu texnologiyanın yaradılmasına yarım il bundan öncə start verilib. Tətbiqin demo versiyasını artıq App Store-dan yükləmək mümkündür. Yaxın zamanda 3Dlook-un Android platforması üçün də təqdimatı planlaşdırılır.
     
    Linki kopyala