main-post-cover

    Panasonic, Teslaya yatırım etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yaponiyanın dünyaca məşhur elektronika şirkəti Panasonic, Tesla ilə əməkdaşlıq edəcək.

    Gün keçdikcə insanların enerjiyə olan tələbatı artmaqdadır. Bu isə gələcəkdə yeni enerji mənbələrinə olan ehtiyacın daha da artması anlamına gəlir. Bunu nəzərə alan bir sıra şirkətlər alternativ enerji mənbələri üzərində işlər aparır.
    Texnologiya nəhənglərindən biri olan Panasonic, elektrikli maşınların rahatlıqla şarj edilə bilməsi üçün günəş hüceyrələri istehsal edəcəyini açıqlayıb. Bunun üçün Panasonic, Tesla şirkəti ilə əməkdaşlığa başlayıb və bu iş üçün 260 milyon dollar yatırım edib.

    Xatırladaq ki, bir müddət əvvəl Tesla 2.2 milyard dollara SolorCity-ni almışdı. SolorCity isə evlərin damına günəş enerjisi toplayan panellər qurur və toplanan enerji şarj məqsədilə istifadə edilirdi.
    Panasonic yeni iş yerləri üçün 1400 nəfəri işlə təmin edəcəklərini açıqlayıb. Panasonic-in etdiyi anlaşmadan sonra New York bazarındakı hissələrin qiyməti 42% artım göstərib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər