Panasonic yeni və büdcəli smartfonu P88-i anons etdi

08.05.2017 0 PAYLAŞIM 5263 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Yaponiyanın "Panasonic” şirkəti, metal korpuslu və büdcəli smartfon P88 modelini anons etdi.

P88, 5.3 inç HD ekran (Asahi Glass qoruyu şüşə ilə birlikdə), bilinməyən 4 nüvəli və 1.25 GHz tezlikli prosessor modeli, 2 GB RAM və 16 GB daxili yaddaş və 2600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon LEDişıqlandırma sistemli 13 MP-lik arxa və 5 MP-lik ön kameraya (o da LED işıqlandırma sistemli) sahib olacaq. P88, iki SIM kart özəlliyini daşıyacaq və Android 6.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Cihazın satışa çıxma tarixi hələki bilinmir. Onun təqribi satış qiyməti isə 135$ civarında olması güman edilir. Bu cür qiymət, metal korpus və texniki göstəricilər ilə P88, Meizu M5 Note, Xiaomi Redmi 3Mi 4C ilə rəqabət apara biləcək.