Pangu komandası Jailbreak vasitəsinin 1.1 versiyasını istifadəçilərlə paylaşdı. Yenilənmə vasitədəki stabilliyi artırıb, bəzi xətaları düzəldir. Bununla birlikdə yenilənmənin ən böyük özəlliyi isə sertifikat vaxtının 1 ilə qədər artırılmasıdır.

Bir qədər əvvəl Apple tərəfindən Jailbreak vasitəsinin istifadə etdiyi sertifikat ləğv edilmişdi və buna görə də Jailbreak istifadəçiləri problem yaşamışdılar. Təbii ki, bütün yenilənmələr ilə birlikdə Apple, jailbreak qarşısında daha ciddi tədbirlər görməyə başladı. Bir neçə gün əvvəl paylaşılan iOS 9.3.4 yenilənməsi ilə birlikdə jailbreak etmək üçün istifadə edilən boşluq bağlandı.
Əgər jailbreak etmək istəyirsinizsə, iOS 9.3.4 versiyasını yükləməməyiniz ən yaxşısı olacaqdır. Əgər yenilənməni yükləmisinizsə belə, hal-hazırda imzalar açıq olduğu üçün 9.3.2 və ya 9.3.3 versiyasına geri qayıda bilərsiniz.
Şərh yoxdur