main-post-cover

    Paper4Everyone ilə vərəqdə yazılanlar monitorda əks olunur!

    07.05.2017
    Farid Pardashunas
    Hər nə qədər smartfonlar və kompüterlər həyatımızın bir hissəsinə çevrilsə də nəyisə lövhə və ya vərəq üzərində izah etmək bir çoxları üçün daha instinktivdir. Paper4Everyone adlı Kickstarter proyekti bu məsələyə həll yolu tapıb. Qələm, xüsusi vərəq və Windows proqramı vasitəsi ilə vərəqdə yazılanları birbaşa monitora ötürə biliən cihaz həmişəki vərdişlərdən imtina etmədən texnologiyadan da istifadə etməyə imkan yaradır. Çəkilənləri PNG, PDF və SVG formatları ilə problemsiz şəkildə monitora ötürən Paper4Everyone qələminin satışına 50.000 dollar toplandıqdan sonra başlanacaq. Bir qələmin (vərəqlər və cihaz üçün batareya) qiyməti isə 150 dollar olacaq.
    Linki kopyala