main-post-cover

    Paul Walker Furious 7 üçün virtual aləmdə necə yaradıldı?

    07.05.2017
    Farid Pardashunas
    Visual-Effects "Fast and Furios 7" filmində vəfat  etmiş baş rol ifaçısı Paul Walker'ı virtual şəraitdə necə yaratdıqları haqqında bilgilər verdi. 
    Aprel ayında izləyicilərə təqdim olunan "Fast and Furios 7" filmində hamının maraqlandığı, filmin reklamında görüb həyəcanlandığı, öldüyü gündən bu yana bəzi dedi-qoduların olmasının verdiyi həyəcan və maraqla hərkəsi bir anda "Görəsən ölmədiki?" deyə düşündürən bir hadisə yaşatdı. 

    Filmdə ciddi ciddi Paul Walker oynayır kimi təsəvvür yaradılmışdı. Virtual aləmin bizə verdiyi üstünlüklərlə demək olar ki, Paul Walker'in dublyoru yaradılmışdı. Film Vin Diesel'in də iddialı və özgüvənli sözləri "Bu oscar dəqiq bizimdir" deməsindən də anlayacağımız kimi yenə bir Fast and Furious klassikası idi. Action, maşınlar, çılğın sürüşlər..(hətta binadan binaya keçmə)

    Film Diesel'in dediyi kimi oscar almasa da bir çox sahədə uğurlar əldə etdi. Xüsusilə, diqqətləri film effektləri barədə üzərinə çəkərkən filmin prodüserləri bu uğurları haqqında kiçik açıqlamalar verdilər.

    Əvvəla filmin ən çətin tərəfinin Paul Walker canlandırmaları olduğunu qeyd edən komanda daha öncə heç tətbiq edilməmiş bir texnika tətbiq edərək film sektorunda bir ilkə imza atarkən olduqca çətinlik yaşayıb. Filmin çəkimlərinə daha əvvəl başlandığından bəzi səhnələr Paul Walker ölmədən öncə çəkilmişdi. Prodüserlər həm Paul Walker xatirəsinə, həm də izləyənlərə verdiyi sözdən dönməmək üçün çəkimlərə qaldıqları yerdən davam etdilər və digər səhnələri isə zamanlama üsulları ilə ən yaxşı səviyyədə gerçəkləşdirdi.

    Film komandasının etdiyi açıqlamarı isə bu videodan izləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər