Starbreeze şirkəti 505 Games şirkətindən PayDay oyun seriyasının bütün hüquqlarını əldə edib. Həmin müqavilə çərçivəsində seriyanın 3-cü hissəsi də anons olunub. Müqavilənin şərtlərinə əsasən Starbreeze şirkəti sözügedən oyun seriyası əsasında gələcəkdə hazırlanacaq bütün oyunların idarəsi ilə məşqul olacaq. Bura həmçinin artıq satışa çıxmış PayDay 2 və smartfonlar üçün xüsusi versiya da daxildir. 1 May tarixindən isə PayDay 2-nin Steam üzərindən gələcək bütün gəlirləri Starbreeze şirkətinə məxsus olacaq. Konsol versiyasından gələcək gəlirlər isə yarı-yarı bölünəcək. PayDay 3-ə gəldikdə isə Starbreeze 505 Games şirkətinə oyundan gələcək gəlirin 33%-ni verəcək. Həmin məbləğ 40 milyon dollarlıq ödəmələr şəklində olacaq. Bundan əlavə olaraq PayDay 2 oyununu yaratmış Overkill Software studiyası oyunda oyundaxili ödəmə sisteminin ləğv olunduğunu bildirib.
Şərh yoxdur