Paypal, Türkiyədəki fəaliyyətlərini niyə dayandırır ? - Rəsmi açıqlama

Paypal, Türkiyədəki fəaliyyətlərini niyə dayandırır ? - Rəsmi açıqlama

Texnologiya
08.05.2017 PAYLAŞIM

Paypal, rəsmi internet saytında yayımladığı açıqlama ilə Türkiyədəki fəaliyyətlərini dayandıracaqlarını açıqlayıb.

İnternet vasitəsilə işləyən onlayn ödəmə sistemi olan Paypal, dünya üzrə çox məşhurdur. Türkiyədə də yüksək istifadəçi sayına malik olan Paypal, bu gün Türkiyədəki istifadəçiləri məyus edəcək bir açıqlama verib.
PayPal Türkiyə, banklarla bağlı yerli qərarverici orqandan (BDDK) lisenziya ala bilmədiklərini və Türkiyədəki fəaliyyətlərini dayandarmağa məcbur qaldıqlarını açıqlayıb. Lazım olan icazələri almaq üçün çalışmağa davam edən şirkət, 6 iyundan etibarən istifadəçilərin sayt vasitəsilə pul göndərmək və almaq kimi əməliyyatları yerinə yetirə bilməyəcəklərini açıqlayıb.

Açıqlamanın tam mətni belədir;

"Türkiyədəki Müştərilərimiz üçün vacib məlumatlandırma:

PayPal olaraq, Türkiyədəki fəaliyyətlərimizi dayandırdığımızı bildiririk.
6 İyun 2016-cı il tarixindən etibarən Türkiyədəki müştərilərimiz PayPal hesabları vasitəsilə pul göndərmək və almaq kimi əməliyyatları yerinə yetirə bilməyəcəklər. Müştərilerimiz PayPal hesablarına giriş edə bilər və varsa hesablarındakı məbləği Türkiyədəki bank hesablarına köçürə bilərlər. Qeyd etmək istəyirik ki, PayPal\'ın öncəliyi hər zaman müştəriləri olub. Ancaq yerli orqana müraciət etdiyimiz lisenziya müraciətimizin qəbul edilməməsi və həmin orqanın Türkiyədəki fəaliyyətlərimizi dayandırmaq təlimatını yerinı yetirməli olduğumuz üçün məyus olduğumuzu bildirmək istəyirik.

Müştərilərimiz məlumat səhifəsinə daxil olaraq bu qərarın onlara necə təsir edəcəyi haqqında ətraflı məlumat ala bilərlər. 

PayPal olaraq bütün müştərilərimizə bu günə kimi bizi seçdikləri üçün təşəkkür etmək istəyirik. PayPal\'a vermiş olduğunuz dəstək Türkiyədəki işçilərimiz və şirkətimiz üçün hər zaman önəmli olmuşdur.

Gələcəkdə Türkiyədəki müştərilərimizə yeniden xidmət etmək üçün lazım olan icazələri  almaq üçün çalışmağa davam edəcəyik.


PayPal\'dan gələn bu xəbər, qısa vaxt ərzində sosial mediada ən çox danışılan başlıqlardan biri olub və hətta dijital imza kampaniyası belə başladılıb. Texnologiyanı sevən insanlar, PayPal\'ın Türkiyədəki fəaliyyətlərini davam etdirməyini istəyir və buna görə də Change.org-da "PayPal, Türkiyədə bağlanmasın" kampaniyası başladılıb. İmzalamaq üçün buraya daxil ola bilərsiniz.




DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×