PayPal  , Türkiyə qanunvericiliyinə boyun əyərək, fəaliyyətini davam etdirməyə razılaşdı

PayPal , Türkiyə qanunvericiliyinə boyun əyərək, fəaliyyətini davam etdirməyə razılaşdı

Elektron Ticarət
08.05.2017 0 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İyun ayında gözlənilməz bir formada Türkiyədəki işlərini saxlayan "PayPal " şirkətindən, Türk istifadəçilərini sevindirəcək bir xəbər gəldi.

İyun ayında BDDK (Türkiyədə Bankçılığa Nəzarət edən qurumun adının qısaltması) ilə yaşanan bəzi problemlərin nəticəsində Türkiyədəki işlərini saxlayan "PayPal " haqqında istifadəçilərini sevindirəcək xəbər gəldi. Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərməyən "PayPal ", Türkiyədə xidmət verməyə qaldığı yerdən davam edəcək
BDDK ilə "PayPal " arasında yaşanan anlaşılmazlıqlardan ötəri, İyun ayında Türkiyədə "PayPal " xidmətləri dayandırılmışdı. Bu gözlənilməyən hadisə, çox sayda "PayPal " istifadəçisini məyus etmiş və ciddi bir reaksiya yaratmışdı. BDDK ilə "PayPal " arasındakı anlaşmazlığın çıxış nöqtəsi olaraq isə, BDDK qaydaları çərçivəsində "PayPalserverlərinin Türkiyəyə gətirməsinin tələb edilməsi ancaq "PayPal "ın bu tələbə əməl etməməsi göstərilirdi.
Türkiyədəki böyük istifadəçi kütləsini itirmək istəməyən "PayPal " isə BDDK ilə razılaşma yoluna gedib serverlərini mərhələli olaraq ölkəyə köçürməyə qərar verdi. Türkiyədəki 12%-lik bazar payı ilə "PayPal ", 2017-ci ilin Mart ayında təkrar istifadəyə veriləcək.

Ümid edirik ki, bu xəbərin bənzərini yaxın zamanlarda Azərbaycan üçün də deyə biləcəyik. Bəs sizin fikrinizcə dünya nəhəngi "PayPal "ın Azərbaycana gəlməmə səbəbi nədir?



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Bu qarğıdalı cipsi internetdə 100 min dollara satıldı!

eBay üzərində keçirilən bir auksion, hədəfləri aşaraq hərkəsi heyrətləndirdi. Adi bir qarğıd..


Davosdakı çıxışında Jack Ma, kiçik sahibkarlar barədə maraqlı təklif irəli sürdü..

\"Alibaba Group”un təsisçisi Jack Ma, Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumda çıxışı..


Selfie ilə ödəniş dövrü başladı

Mastercard, 2016-nın ikinci yarısında, Selfie Pay adını verdiyi, biometrik idarə prosesli bir ödəni..


Ebay , Aliexpress saytlarında alış-verişə hansı halda vergi tətbiq olunur..

Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergi..


Elektron ticarətə və xarici ödənişlərə tətbiq olunacaq ƏDV təsdiqləndi..

  Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq..


Google Wallet yenidən dizayn edildi

\"Google”un rəqəmsal pul kisəsi servisi Google Wallet, daha praktiki və gözəl bir dizayn təkli..