Pendir ilə çalışan elektrostansiya kimlərin ağlına gələ bilərdi axı?
Təbii ki, bu fikir fransızlardan çıxıb. Həqiqətən belə bir elektrostansiya artıq mövcuddur və kiçik bir kəndi elektrik ilə təmin edir. Valbio şirkəti Fransanın Alp-larında əslində pendir ilə deyil pendir istehsalı zamanı qalan qalıqların hesabına çalışan elektrostansiya tikib. Yeni elektrostansiya 1500 sakini olan bir kəndi enerji ilə təmin edir. Bu orqanik qalıqlardan istifadənin çox səmərəli üsuludur. Elektrostansiya Bofor növ pendirinin istehsalı sonrası qalan maye əsasında çalışır. Həmin mayeyə bir sıra bakteriyalar əlavə olunur və fermentasiyalar metan ilə karbon 4-oksid qarışığını alaraq mühərrikləri işə salır. Bu isə öz növbəsində suyu qızdırır. Nəticə etibarı ilə elektrostansiya 2.8 milyon kVt saat enerji yaradır.
Şərh yoxdur