

Belə çıxır ki, ABŞ-ın Müdafiə naziliyinin kompüterlərini bəzən sındırmaq tamamilə leqal hal alır. Bu cür hallardan biri kimi "Pentaqonu Sındır” adlı müsabiqəni gətirmək olar. Bundan əlavə olaraq bu müsabiqədə hətda pul mükafatı belə verilir. Əslində isə Pentaqon bu müsabiqəni hackerlər üçün əyləncə xatirinə təşkil etməyib. O hər iki tərəf üçün xeyirli olan məqsədləri güdür. Məsələ burasındadır ki, uduş məbləği 150.000 dollar olan "Pentaqonu Sındır” adlı müsabiqə təşkil etmək öz işinə görə milyonlarla dollarlar alan kibertəhlükəsizlik şirkətlərinə müraciət etməkdən daha ucuz başa gəlir. 18 aprel – 12may tarixləri arasında keçirilmiş müsabiqədə 1410 hacker iştirak etmişdir. Hackerlər ABŞ-ın Müdafiə nazirliyinin 5 şəbəkə resursunu (defense.gov, dodlive.mil, dvidshub.net, myafn.net və dimoc.mil) sındırmalı idilər. Nəticədə 250 iştirakçı sistemdə 1189 zəif nöqtə aşkarlamışdır. Onlardan 138-i kritik hesab olundu. Sındırma prosesinə başlayandan ilk zəif nöqtəni aşkar etməyə hackerlər 13 dəqiqə sərf ediblər. Nəzərə almaq lazımdır ki, iştirakçılardan çoxu məktəblilər idi. Pentaqon-un direktoru Ashton Carter ümid edir ki, ABŞ-ın Müdafiə nazirliyinin bu cür təcrübəsindən digər nazirliklər və dövlət orqanları da faydalanacaqlar. Beləliklə bu sahəyə ayrılan büdcəyə qənaət edərək ixtisaslaşdırılmış şirkətlərin bahalı xidmətlərindən imtina etmək olar.
Şərh yoxdur