People Can Fly geri qayıdır
Digər
Oyun və Film
07.05.2017
Farid Pardashunas
2013-cü ildə Epic Games tərəfindən alınmış və adı Epic Games Polanda dəyişdirilmiş People Can Fly studiyası rəsmi olaraq bildirib ki, studiya Epic Gamesin asılılığından çıxıb və müstəqil şəkildə fəaliyyət göstərməyə davam edəcək. Bundan əlavə Bulletstorm seriyasının müəllif hüquqları studiyanın özündə qalıb. People Can Fly studiyasının rəhbəri Sebastian Wojciechowski onuda qeyd edib ki, studiyanın Epic Games-in tərkibindən çıxmasına baxmayaraq onlar Fortnite oyununun hazırlanmasında və Unreal Engine 4 oyun mühərrikinin inkişafında iştirak edəcəklər.
"People Can Fly komandası olaraq qarşımızda açılan yeni imkanlara görə çox şadıq. Bizim studiya Epic Games ilə əməkdaşlığını davam etdirərək Unreal Engine 4-ün köməkliyi ilə yeni oyunun hazırlanmasına başlayır. Uzun sürən bu əməkdaşlığa görə Epic Games-ə minnətdarlığımızı bildiririk" - deyə Sebastian Wojciechowski bildirib. Qeyd edək ki, People Can Fly studiyası Painkiller seriyası, Bulletstorm və Gears of War: Judgment oyunları ilə məşhurluq qazanıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!