Qazlı telefon Pepsi Phone P1S rəsmi olaraq təqdim olundu. Bu günə qədər bir neçə dəfə mediaya haqqında məlumatlar sızsada, heç kim Pepsinin telefon istehsal edəcəyinə inanmırdı. Lakin görünən odurki, Pepsi şirin su satmaqdan sıxılıb və bir telefon da mən istehsal edim deyərək bazara girib amma maraqlısı odur ki, nə qədər sizə gülməli gəlsə də bu telefon heç də flaqman modellərdən geri qalmır. Elə isə texniki göstəricilərə nəzər salaq özünüz bu modeli qiymətləndirin.
Model 5.5 inç 1080p ekrana sahibdir, çipset olaraq cihazin daxilində 8 nüvəli 1.7 GHZ MediaTek prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş mövcuddur. 13 mp arxa kamera və 5 mp-lik ön kameraya sahibdir və eyni zamanda 3000 mAh batareya gücü var. Buda azmış kimi micro cd dəstəkləyir və 2 sim yuvası var. Əməliyyat sistemi olaraq isə Android 5.1-dən istifadə olunub. Modelin dizaynıda olduqca gözəldir. Arxada hissədə Pepsi logosu və pepsi rənglərinə uyğunluq. Bu gözəl modeli satış qiyməti isə cəmi 110$-dır.
Təsəvvür edin, şirin su istehsalçıları hamısı telefon bazarına daxil olsa idi vəziyyət necə olardı?
- Sən hansı telefondan istifadə edirsən?
- Məndə Coco Cola s2, Pepsini satdım. Səndə hansıdı?
- Mən də o gün Sprite 4s almışam.
Şərh yoxdur