PewDiePie-dan saatda 500.000 abunə silən SƏHV: İzləmədən çıxdığınız kanaldan 2 abunə silinir!
Sosial Media
07.05.2017
Farid Pardashunas
YouTube-a qarşı son vaxtlarda edilən bir çox tənqidə bir yenisi daha əlavə oldu.
Son vaxtlarda YouTube-da videoların izlənməsi və abunə
sayı mövzularında bir çox tənqid yağışı başlamışdı. Daha bunlar ilə əlaqəli bir
açıqlama etməyən YouTube-un başı indi də yeni bir səhv ilə bəladadır.
h3h3 Productions-dan Ethan-ın PewDiePie ilə çəkmiş olduğu
aşağıdakı parodiya videosu ilə ortaya çıxan detala görə Ethan, normalda dostu
olan Felix ilə ortaq bir video çəkmək üçün menecerinə zəng vurur. Ssenariyə görəmenecerinin 50.000 Dollar istəməsi və Ethanın pulu ödəmiş kimi edərək PewDiePie
ilə birlikdə mənasız və iyrənc videolar izlədiyi məzmunda son olaraq Homoseksuallıq ilə əlaqədar bir video da izlənilir.
Həm məşhur həm də homoseksuallara qarşı tərs bir reaksiya
göstərirmiş kimi rol oynayan Felix-in bu ortaq videosundan sonra bəzi şəxslər PewDiePie-nin abunəliyindən
çıxarkən ortaya çıxan məlumata görə bir YouTube istifadəçi hərhansı bir hesabın
abunəsindən çıxdığında 1 yox, 2 abunə sayı azalır. Beləliklə bu ortaya çıxanbug nəticəsində siz təkrar izləsəniz belə durduq yerdə 1 izləyici artıq itirən
kanallar ilə bağlı YouTube-dan da mövzunu həll etmək üçün işlərə başladıqlarına
dair paylaşım gəldi.
Ancaq hazırda da bu problem davam edir və bu problemə görə
yüz minlərlə izləyici itirən kanalların nə kimi başqa problemlər yaşayacağı isə
maraqlıdır. Çünki hazırda böyük kiçik demədən bir kanalın izləməsini buraxıb təkrar
izləsəniz belə kanaldan -1 abunə silinmiş olur. Hətta 0 abunəyə düşürülən bir
kanal mənfi abunə sayına belə düşə bilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)