main-post-cover

    PewDiePie kanalının sahibi hamını aldatdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    YouTuber hamını aldatmağı bacardı. 

    Bir çoxlarınız Felix Kjellberg-i tanımasanız da PewDiePie kanalına eşitmisiniz. Belə ki, Felix adlı YouTuberin idarə etdiyi bu kanal qısa zaman əvvəl hər kəsin diqqətini bir anda özünə cəlb etdi. Səbəb isə onun 49 milyonluq kanalı bağlaması haqda verdiyi xəbər idi. Forbes jurnalında ən çox qazanan YouTuberlər arasında yer alan və illik qazancı 15 milyon dollar olan İsveçli bu cavan oğlan hər kəsi aldatmağı bacarıb. YouTuber video yayımlayaraq izləyicilərinin 50 milyon olduğu təqdirdə kanalını bağlayacağını demişdi. Amma dünən baş tutması gözlənilən bu xəbər hamını həyəcanlandırsa da sonda yalan çıxdı.
     
     
    Kjellberg öz kanalını bağladı amma bu kanal PewDiePie deyil,"jack septiceye2" kanalı oldu. Bu haqda məlumatı Business Insider saytı yayımlayıb.
     

     
    Sonuncu yayımladığı videosunda hər kəsi aldatdığını bildirən YouTuber izləyici kütəsinin 100 milyona çatacağı halda hesabını siləcəyini açıqlayıb. Nə demək olar, adamın məqsədi 50 milyon idi onu da əldə etdi. Qaldı qarşıda daha 50 milyonunun diqqətini çəkmək.
    Linki kopyala