main-post-cover

    Pioneerdən Android musiqi player XDP 1000R satışa çıxarıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefonlar bazara çıxdıqdan sonra böyük zərbə alan MP3 playerlər əvvəllər olduğu qədər insanların marağını cəlb etmir. Amma yüksək keyfiyyətdə musiqi dinləmək istəyənlər isə daim playerlərlə maraqlanır. Yüksək keyfiyyətli səs təqdim edən məhsullar sırasında bu dəfə də Pioneer XDP-100R adlı modelini əlavə etdi.
                                             
    1449128379_pioneerxdp100rangle.jpg
    IFA 2015 tədbirində təqdim olunan XDP-100R İngiltərə’də satışa çıxarıldı. Hi-Fi keyfiyyətdə səs keyfiyyəti təqdim edən XDP-100R’də 4.7 inç ölçüsündə HD ekran yerləşdirilib. Android 5.1.1 Lollipop əməliyyat sistemi ilə işləyən playerdə 2GB RAM və 32GB daxili yaddaş mövcuddur. XDP-100R’nin yaddaşını hətta 128GB’a qədər dəstəklənən mikroSD kartla da artırmaq mümkündür.
    1449128414_pioneermqaplayer.jpg
    Bir dəfə şarj olmaqla 10 saat aralıqsız musiqi dinləmə zamanı təqdim edən XDP-100R’da proqram vasitəsilə kompyuterlə sinxronizasiya edib musiqi transfer etmək mümkündür. Playerdə səs baxımında DSD, DSF, DSD-IFF, FLAC, ALAC, WAV, AIFF, Ogg-Vorbis, MP3, AAC, MQA; video baxımından isə H.263, H.264 AVC, H.265 HEVC, MPEG-4 SP, VP8, VP9 formatları dəstəklənir.
    Pioneer XDP-100R  İngiltərə’də 500 funt-sterling qiymətlə satışa çıxarılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər