main-post-cover

    Pivə sevərlər üçün ağıllı bokal(Video)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İsrail startapı olan Glassify yeni "ağıllı” bokalını içki sevərlərə təqdim edib. Sözün əsl mənasında "ağıllı” olan bu bokalların xüsusiyyəti nədir və niyə insanlar bu məhsula belə maraq göstərirlər?

    İsrail-li startap qrupunun artıq uzun zamandır sınaqdan keçirdiyi Glassify adlı 2000-dək ağıllı bokalı, artıq dünyanın bir çox ölkələrində test edilmiş və həm müştərilərin həm də istehsalçıların razılığını qazana bilmişdir. Bəs bu bokalın üstünlüyü nədədir?
    İlk növbədə, bu bokalın verdiyi üstünlüyü sınamaq istəyən şəxslərin telefonunda NFC(Near Field Communication) tətbiqinin olması şərtdir. Bokalı götürərək onun QR kodunu telefona yaxınlaşdırırsınız və beləliklə, proqram aktivləşir. Glassify vasitəsilə sizin harda, nə və hətta nə qədər içki qəbul etməyiniz haqda məlumat telefonunuzda öz əksini tapır. Hətta hər içki qəbul etdikdə sizə endirim qazandırır. Amma bu sizin çox içki qəbul edəcəyiniz anlamına gəlmir. Belə ki, artıq beşinci bokaldan sonra tətbiq, sizin yerinizə maşın çağırır. Bundan əlavə siz öz dostunuza, tanışınıza da içki sifarişi edə bilər, ən yaxın məkanlarda içkilərə edilən endirimlər haqqında məlumat ala bilərsiniz.


    Artıq İsrail, Asiya və Avropada sınaqdan keçirilən Glassify, müxtəlif məkanlardan alınmış statistikalara görə, spirtli içkilərin satışının 80% və ümumi satışın 13% artımına xeyir verdiyi açıqlanıb. Glassify İsrail şirkəti olan "Weissberger” və Türkiyə şirkəti olan "Paşabahçe” tərəfindən ərsəyə gətirilib. ”Ağıllı” bokalın hələki qiyməti açıqlanmır. Amma siz öncədən sifariş vermək istəsəniz Glassify-ın rəsmi saytına müraciət edə bilərsiniz. 

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər