main-post-cover

    Pivədən batareya hazırladılar (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İlk baxışdan pivə ilə batareyalar bir-biri ilə əlaqəsi olmayan şeylərdir.

    Lakin Kolorado Universitetinin alimləri pivə zavodlarının çirkab sularından istifadə edən litium-ion batareya istehsalı texnologiyasını yaradıblar. Günümüzdə 1 barrel (117.3 litr) pivənin hazırlanması üçün 7 barrel su lazımdır. Nəticədə isə həmin suyun böyük bir hissəsi kanalizasiyaya axıdılır. "Technote.az”ın "Popmech.ru”a istinadən verdiyi xəbərə əsasən amerikalı alimlər həmin çirkab sulardan kifin istehsalında istifadə üsulunu fikirləşiblər. Həmin kifdən isə batareyaların istehsalında karbon əsaslı materialların hazırlanmasında istifadə olunur. Beləliklə pivə sözün əsl mənasında qəribə içkidir.
     
    Alimlər "Avery Brewing” adlı yerli pivə zavodunun çirkab sularına kif əlavə edib alınmış mayeni iki gün ərzində qaışdıraraq qızdırıblar. Bu, kiflərin tez bir zamanda çoxalmasına gətirib çıxardıb. Daha sonra həmin kiflər filtrlənib xüsusi peçlərdə 800 dərəcədə qızdırılıb. Alınmış material karbonla zəngin olub və ondan litium-ion batareyalar üçün elektrod istehsalında istifadə etmək olar. Bu sistem həm pivə zavodları, həmdə batareya istehsalçıları üçün uğurludur. Bir tərəfdən pivə zavodları çirkab suları filtrləmək işindən azad olurlar, digər tərəfdən isə batareya istehsalçıları lazımi qədər xammala sahib olurlar. Mütəxəxssislərin sözlərinə görə əgər bu texnologiyanı irimiqyaslı istehsalat səviyyəsinə yüksəltsələr onda bu proses batareya istehsalçılarını hazır materialın əldə olunması üçün hazır mühit ilə təmin edəcək.
    Linki kopyala