main-post-cover

    Pizza sifariş etmək üçün xüsusi idman ayaqqabıları təqdim olunub (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın 90 ölkəsində fəaliyyət göstərən "Pizza Hut” şirkəti, qeyri-adi idman ayaqqabılarını təqdim edib.

    Sözügedən idman ayaqqabısında olan xüsusi düyməyə klik edəndən sonra pizzanı sizə çatdıracaq şəxs, sizin olduğunuz yeri təyin edəcək və sifarişi qəbul edəcək. Şirkətin idman ayaqqabıları, GPS, Bluetooth və sifariş üçün böyük düymə ilə təchiz olunublar. Ayaqqabıdakı düyməyə klik edəndən sonra sistem sizin yerləşdiyiniz yeri təyin edir və smartfonunuzda olan xüsusi tətbiqə qoşulur. Həmin tətbiqdə isə sifarişi yerinə yetirmək lazımdır. Sözügedən ayaqqabılar bir növ aksessuar xarakterini daşıyır. Smartfon olmadan tək ayaqqabıların vasitəsilə pizza sifariş etmək olmayacaq. Bu ayaqqabılar mağazada satılmır. İlk öncə onlar limitli partiya ilə (64 cüt) çıxacaq və jurnalistlərə, bloggerlərə test üçün veriləcək. Gələcəkdə kütləvi istehsal ola bilər. Onların qiyməti isə hələki bilinmir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər