
Planetimizdə neçə növ canlı yaşayır?
Digər
07.05.2017
Farid Pardashunas
İrimiqyaslı tədqiqatlar çərçivəsində alimlər bizim planetdə
neçə növ canlının yaşadığını bildiriblər. Alimlər üçün yeni perspektivlər gətirən
tarixin ən böyük siyahıyaalma tədqiqatı keçirilib. Hal-hazırda tədqiqatçılar
bir çox qəliz canlılar haqqında məlumatlara sahibdirlər. Lakin mikrodünyanın
sakinləri çox az müşahidə olunublar. DNT ardıcıllığının oxunması üzrə yeni
texnologiyalar planetdə neçə növ canlının yaşadığını təqribi olaraq təyin etməyə
imkan verdi. Alimlərin hesablamalarına əsasən bu göstərici 1 trilyondur. Yəni
bu nəticə planetimizdə bitən bütün ağacların sayından 3 dəfə azdır. Siyahıya
daxil edilmiş növlər həm suda, həm quruda, həm havada, həmdə ki, yeraltında
yaşayan canlılardır. Alimlər həmçinin onu da qeyd ediblər ki, bu göstəricidəki
canlı növlərin cəmi 0.001 %-i haqqında məlumat var. Sadə sözlə desək bizlər Yer
kürəsindəki həyat haqqında heçnə bilmirik. Daha dəqiq desək həyatın alt forması
haqqında heçnə bilmirik.
Linki kopyala
Həftənin xəbərləri

