Yaponiyalı alimlər təbiətin insanlar tərəfindən verilən zərərin qarşısını almaq üçün üsul yaratdığını sübut edən yeni hadisəni kəşf ediblər. Plastik materiallar ilə ətraf mühitin çirklənməsinə cavab olaraq həmin materialları məhv edən bakteriyalar aşkar edilib. Onlar qram-mənfi bakteriyaların yeni növü hesab edilir və Ideonella sakaiensis 201-F6 adlandırılıblar. Yeni bakteriyalar okeanlarda yaşayan mikroorqanizmlərin müşahidəsi zamanı aşkar edilib. Bir çox növlər arasında alimlər karbon və energetik mübadilə zamanı polietilentereftalat-dan istifadə edən bakteriyalar koloniyasını aşkar ediblər. Polietilentereftalat plastik materialların hazırlanmasında istifadə olunan süni mənşəli maddədir. Məlum olub ki, Ideonella sakaiensis 201-F6 adlı bakteriyalar polietilentereftalatın tereftalat turşusu və etilenqlikol-a kimi çürüməsini təmin edən iki ferment ifraz edir. Bu xüsusiyyət daha öncə göbələklərin bir neçə növündə müşahidə olunmuşdur. Lakin bu xüsusiyyəti sənaye tullantılarının emalı üçün istifadə etmək üsulunu elm hələki kəşf etməyib. Alimlərin sözlərinə görə Ideonella sakaiensis 201-F6-ın əmələ gəlməsinin ən böyük səbəbi planetdə plastik material tullantılarının artmasıdır. Fermentlər, polietilentereftalat-ın çürümələri Ideonella növlü bakteriyaların yenilənmiş növüdür. Bu hadisə ilk öncə təbiətin insan tərəfindən verilən zərərlərə necə qarşı çıxmasını göstərir. Bundan əlavə olaraq Ideonella sakaiensis 201-F6 sənaye tullantılarının emalında istifadə oluna bilər. Onlar hər-bir mühitə öyrəşə bilirlər. Polietilenterftalat-dan yaradılmış materialların çox olduğu yerə sözügedən bakteriyaları yerləşdirsək görərik ki, həmin materiallar ekoloji təmiz komponentlərə çevrilirlər.