main-post-cover

    PlayStation 4 Neo nə vaxt təqdim olunacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İyun ayında keçirilmiş "E3 2016” sərgisi çərçivəsində bir çoxları "Sony” şirkəti tərəfindən PlayStatin 4 konsolunun yenilənmiş versiyası PlayStation 4 Neo-nu təqdim edəcəyini gözləyirdi. Lakin bu baş vermədi.

    "Vice.com” saytının verdiyi məlumata əsasən PlayStation 4 Neo sentyabr ayında təqdim olunacaq. Technote.az-ın "Vice.com” saytına istinadən verdiyi xəbərə əsasən "Sony” şirkətinin planları ilə yaxından maraqlanan bir neçə mənbə qeyd edib ki, şirkət PlayStatin 4 konsolunun yeni versiyası haqqında ilk məlumatları 7 sentyabr tarixində Nyu-York şəhərində keçiriləcək press-konfrans çərçivəsində təqdim edəcək. Konsolun yenilənmiş versiyası hələki PayStation 4 Neo adı ilə tanınır. O adi versiyadan fərqli olaraq daha sürətli prosessora (2.1 GHz tezlikli) 4K keyfiyyətli görüntüyə, yenilənmiş qrafikaya və sürətlənmiş yaddaşa sahib olacaq. Konsolun qiymətinin $399 olacağı gözlənilir. Güman olunur ki, PlayStation 4 Neo indiki versiyanı əvəzləmək üçün deyil, ona olacaq bir əlavə kimi hazırlanır. Yəni hər iki konsol eyni vaxtda satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər