

NASA-nın son günlərdə yaydığı Plutonun rəngli şəkli cırtdan planet haqqında yeni əlamətləri ortaya çıxardı. Bu şəkil New Horizons kosmik gəmisi tərəfindən göndərilmiş və NASA tərəfindən planetin səthindəki rəng fərqlərini ortaya çıxarmaq üçün xüsüsi yöntəmlə rənglənmişdir. Diqqətləri üzərinə çəkən hissə isə planetin ürək formalı hissəsidir. Alimlər həmin hissədə kraterlərin olmamasının yalnız bir mənasının olduğunu deyir ki,bu da oranın səthinin yeni olmasıdır.Bəs bu o deməkdir ki, Pluton geoloji aktivdir?
Araşdırmacıların fikrinə görə, ürək formalı hissənin 10 milyon yaşı var. Nəzərə alsaq ki,günəş sisteminin 4.5 milyard il yaşı var, Pluton çox aktivdir. Araşdırmanın nəticəsi göstərir ki, Pluton böyük bir enerji ilə istilik və ya təzyiq hasil edir ki, bu da qayaların formasını dəyişir və yeni geoloji xüsusiyyətlər yaradır.
New Horizons-un əsas araşdırmaçısı Alan Stern "Belə cırtdan planetin çox böyük miqyasda aktiv olması çox maraqlı tapıntıdır" deyə qeyd edib. Plutonun bəzi hissələri çox yaşlıdır, hətda 4 milyard ilə çatır. Stern həm də inanır ki, Pluton bütün ömrü boyu belə aktiv olub.
Amma araşdırmaçılar bu aktivliyə tam olaraq nəyin səbəb olduğunu hələ bilmirlər. Bu tapıntı isə onlara bu işdə gözəl başlanğıc oldu.
Şərh yoxdur