

\'New Horizons" kosmik gəmisi tərəfindən çəkilən şəkillər Plutonda buz vulkanlarının ola biləcəyinə dair şübhələr doğurur.Hələlik 2 nöqtədə müşahidə edilən bu formalaşmalar bütün diqqətləri üzərinə çəkməkdədir.BBC-nin verdiyi xəbərə istinadən,NASA tərəfindən göndərilən kosmik gəminin çəkdiyi şəkillərdə Plutonun səthində bir neçə kilometr hündürlüyə və onlarca kilometr genişliyə malik iki dağın başında çökük səth gözə çarpır.Bu da onların vulkan olma ehtimalını artırır.Xəbərdə,həmçinin,güman edilən vulkanların Yerdəkindən fərqli olaraq su,azot,ammonyak və metan püskürdüyü də qeyd edilib.
Şərh yoxdur