

İllər boyu planetlər sırasına alınmadı.Heç kes onu planet kimi görmürdü.Həmişə sinfində təklənən uşaq kimi rəftar olundu lakin o yıxılmadı, ayaqda qaldı. Söhbət son 2 gündə bütün diqqətləri üzərinə çəkən Pluto-dan (Pluton) gedir.
1.New Horizons gəmisi niyə planetə yaxınlaşmaqla kifayətləndi və nə üçün səthinə enmədi?
-Hələ bugünki, gündə belə Pluto haqqında mübahisələr davam edir.Pluto planet yoxsa cücə planetdir? Məlumdur ki, Pluto planetinin cazibə qüvvəsi çox zəifdir və onun səthinə enməyin mümkün 2 yolu vardır.1-ci yol ondan ibarətdir ki, kosmik gəmi hər an qarşısına bir planet çıxa biləcək sürətdə hərəkət edir və planeti görən zaman onun səthinə enir əgər bul hal mümkün olsa idi kosmik gəmi gərək ki, indiki sürətindən daha az sürətdə irəliləməli olsun bu isə Plutoya çatmaq üçün 10 ildən daha çox vaxt aparacaqdı.2-ci yol isə kosmik gəmi planetin səthinə enən zaman əyləc sistemi işə düşür və sürətin azaldır.Lakin bu sürəti azaltmaq o qədər də asan deyil.Gəminin təcilini təmamən itirməsi üçün itələmə tələb olunur buda həddindən artıq yanacaq hesabına başa gəlir və hazırda bu qədər yanacaq tutumlu kosmik gəmi istehsal etmək demək olar mümkünsüzdür.
-Çox adamı maraqlandıran bu sualın cavabı ondan ibarətdir ki,Pluto ölçü və parlaqlıq cəhətdən fərqlidir. Qalaktikalar çox böyük və parlaq olduğundan məşhur Hubble teleskopu üçün asan bir hədəfdir.Ölçüsü Ay-ın 2/3 qədər olan Pluto-nun və bənzər ölçülərə malik cücə planet olan Cerez-in şəkilləri dünyaya yaxın olduqları halda belə elədə dəqiq təsvirə malik deyildir.
3.Ən çox hansı işin yolunda getməməsindən qorxulurdu?
-Kosmik gəmi planetə o qədər yüksək sürətlə irəliləyirdi ki,yolda qarşısına çıxacaq noxud ölçüsündə olan toz parçası belə felakətlə nəticələnərdi.Bunun üçün dünyada olan komanda son bir neçə həftə ərzində gəminin hərəkət traektoriyasında müxtəlif cismlərin parça və toz buraxıb buraxmadığın müşahidə edirdilər.
4.Çəkilən şəkillərin dünyaya çatması nə qədər vaxt aparır?
-New Horizons-dan gələn şəkillər hələ indidən Pluto planetinin ən dəqiq və keyfiyyətli şəkilləri oldu.Üstəlik indiyə qədər planetin ən dəqiq şəkili 12 iyulda milyonlarca mil kənardan çəkilmişdi.Dünən baş verən yaxınlaşma Plutonun, onun peyki olan Charonun və digər kiçik ölçülü peyklərin daha yaxından şəkillərin çəkilməsini təmin edəcək.Eyni zamanda bu gəmi indiyə qədər görmədiyimiz Planetin cənub qütbünün belə şəkillərin çəkəcək.
-New Horisons kosmik gəmisi Pluto planeti və onun peyki olan Charonu ətraflı şəkildə araşdıracaq.Plutonun ərazisi necədir? Planetdə geolojik fəaliyyət varmı? Plutonun incə atmosferində nələr baş verir? kimi sualların cavabın tapmağa çalışacaq.Bundan əlavə NASA Pluto planetinin necə formalaşdığı haqqında məlumat əldə etməyi planlaşdırır.
-Hal hazırda göndərilməsi planlaşdırılan başqa bir gəmi yoxdur lakin gələcək üçün bu mümkün ola bilər.
Mənbə : National Geographic
#nasa #kosmos #pluto #pluton
Şərh yoxdur