Pluton ilə qarşılaşmamız! Elm dünyası nə əldə etdi? 10 maraqlı sual və cavabı.

Pluton ilə qarşılaşmamız! Elm dünyası nə əldə etdi? 10 maraqlı sual və cavabı.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İllər boyu planetlər sırasına alınmadı.Heç kes onu planet kimi görmürdü.Həmişə sinfində təklənən uşaq kimi rəftar olundu lakin o yıxılmadı, ayaqda qaldı. Söhbət son 2 gündə bütün diqqətləri üzərinə çəkən Pluto-dan (Pluton) gedir.
2006-cı ildə NASA tərəfindən göndərilən New Horizons kosmik gəmisi təxminən 10 illik bir uçuşdan sonra nəhayət ki, Pluto planetinə yaxınlaşıb şəkillərin çəkə bildi.
Biz sizə Pluto səyahəti ilə bağlı maraqlı olan 10 sualın cavabın verəcəyik diqqətiniz bizdə olsun.

1.New Horizons gəmisi niyə planetə yaxınlaşmaqla kifayətləndi və nə üçün səthinə enmədi?
-Hələ bugünki, gündə belə Pluto haqqında mübahisələr davam edir.Pluto planet yoxsa cücə planetdir? Məlumdur ki, Pluto planetinin cazibə qüvvəsi çox zəifdir və onun səthinə enməyin mümkün 2 yolu vardır.1-ci yol ondan ibarətdir ki, kosmik gəmi hər an qarşısına bir planet çıxa biləcək sürətdə hərəkət edir və planeti görən zaman onun səthinə enir əgər bul hal mümkün olsa idi kosmik gəmi gərək ki, indiki sürətindən daha az sürətdə irəliləməli olsun bu isə Plutoya çatmaq üçün 10 ildən daha çox vaxt aparacaqdı.2-ci yol isə kosmik gəmi planetin səthinə enən zaman əyləc sistemi işə düşür və sürətin azaldır.Lakin bu sürəti azaltmaq o qədər də asan deyil.Gəminin təcilini təmamən itirməsi üçün itələmə tələb olunur buda həddindən artıq yanacaq hesabına başa gəlir və hazırda bu qədər yanacaq tutumlu kosmik gəmi istehsal etmək demək olar mümkünsüzdür.

2.Çox uzaqda olan qalaktikaların belə şəkilin çəkməyə qadir olan NASA niyə indiyə qədər Plutonun şəkilin çəkməyi bacarmamıştı?
-Çox adamı maraqlandıran bu sualın cavabı ondan ibarətdir ki,Pluto ölçü və parlaqlıq cəhətdən fərqlidir. Qalaktikalar çox böyük və parlaq olduğundan məşhur Hubble teleskopu üçün asan bir hədəfdir.Ölçüsü Ay-ın 2/3 qədər olan Pluto-nun və bənzər ölçülərə malik cücə planet olan Cerez-in şəkilləri dünyaya yaxın olduqları halda belə elədə dəqiq təsvirə malik deyildir.

3.Ən çox hansı işin yolunda getməməsindən qorxulurdu?
-Kosmik gəmi planetə o qədər yüksək sürətlə irəliləyirdi ki,yolda qarşısına çıxacaq noxud ölçüsündə olan toz parçası belə felakətlə nəticələnərdi.Bunun üçün dünyada olan komanda son bir neçə həftə ərzində gəminin hərəkət traektoriyasında müxtəlif cismlərin parça və toz buraxıb buraxmadığın müşahidə edirdilər.

4.Çəkilən şəkillərin dünyaya çatması nə qədər vaxt aparır?
-Şəkillər radio siqnalları halında dünyaya göndərilir və 1 radio siqnalın dünyaya çatması 4.5 saat vaxt alır.Bu səbəbdən bütün məlumatların dünyaya çatması 16 ay vaxt alacaq.

5.Bu şəkillər bizə nə vəd edir?
-New Horizons-dan gələn şəkillər hələ indidən Pluto planetinin ən dəqiq və keyfiyyətli şəkilləri oldu.Üstəlik indiyə qədər planetin ən dəqiq şəkili 12 iyulda milyonlarca mil kənardan çəkilmişdi.Dünən baş verən yaxınlaşma Plutonun, onun peyki olan Charonun və digər kiçik ölçülü peyklərin daha yaxından şəkillərin çəkilməsini təmin edəcək.Eyni zamanda bu gəmi indiyə qədər görmədiyimiz Planetin cənub qütbünün belə şəkillərin çəkəcək.

6.Pluton haqqında nə öyrənə biləcəyik?
-New Horisons kosmik gəmisi Pluto planeti və onun peyki olan Charonu ətraflı şəkildə araşdıracaq.Plutonun ərazisi necədir? Planetdə geolojik fəaliyyət varmı? Plutonun incə atmosferində nələr baş verir? kimi sualların cavabın tapmağa çalışacaq.Bundan əlavə NASA Pluto planetinin necə formalaşdığı haqqında məlumat əldə etməyi planlaşdırır.

7.Plutonu keçdikdən sonra New Horizons nələr edəcək və daha nə qədər məsafə qət edə bilər?
-New Horizons Pluto planetini araşdırdıqdan sonra buzlu Kuiper qurşağı istiqamətində yoluna davam edəcək.NASA təsdiqlədiyi təqdirdə kosmik gəmi bunuda geridə qoyub 5 il sonra yeni bir buzlu dünyanı araşdıracaq.Bu mərhlədə dünyadan kilometrlərcə uzaqda olan New Horizons eyni anda dünyaya məlumat göndərməkdə davam edəcək.Ən sonunda isə Voyager I və Voyager II gəmiləri kimi günəş sistemi xaricinə səfər edəcək.

8.Plutona gedəcək başqa kosmik gəmilər olacaqmı?
-Hal hazırda göndərilməsi planlaşdırılan başqa bir gəmi yoxdur lakin gələcək üçün bu mümkün ola bilər.

9.Yad planetlilər üçün mesaj varmı?
-Hal hazırda yoxdur.Əgər New Horizons gəmisi Kuiper qurşağını tərk etsə One Earth Message (tək dünya mesajı) kosmik gəminin məlumat toplma və məlumatı  dünyaya göndərmə işi tamamlanandan sonra başqaları üçün mesaj yükləmə layihəsi müzakirə olunacaq.Bu layihə əvvəllər müzakirə olunub təsdiqini tapmışdır və Voyager I,II gəmilərinə yüklənmişdir.Dünyadan görüntülər və səslər daşıyan Voyager Golden Record-un yenilənmiş versiyası olacaq.

10.New Horizons kosmik gəmisi Plutona yol alandan sonra 9 il müddət ərzində başına nələr gəldi?
-Əslində gəmi vaxtının çox hissəsin yataraq keçirtdi.Lakin arada bir oyanıb sistemi sınaqlardan keçirdi.Hə, birdə 2007-ci ildə Yupiterə yaxın keçəndə yuxudan oyandı və o planetədə nəzər saldı.2014-cü ildə isə Neptunun yanından keçən zaman yuxusuna haram qatmalı oldu.Məqsədi buz mavisi əjdahanın şəkilin çəkmək idi lakin bu vaxt Neptun çox uzaqda idi.

Mənbə : National Geographic
#nasa #kosmos #pluto #pluton


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu günümüzə qədər olan ən yaxşı mobil telefonlar – Birinci Hissə

Gəlin birlikdə nostalji hisslər yaşayaq. İlk iPhone-nun işıq üzü görməsindən 8 il keçir. Nokia a..


Apple-dan şok açıqlama. iPhone 6s modellərinin enerji sərfiyyatı prosessora uy..

Apple şirkəti yeni iPhone 6s modellərinin bəzilərinin enerji sərfiyyatında fərqlər olduğun açıqlad..


Appledan yeni rekord

25 sentyabrda satışı başlayan yeni iPhone-ların satışı barədə ilk nəticələri almışıq.Cəmi bir..


WatchOS 2 - Bütün yeniliklər

Saatlar biraz daha ağıllı oldu. Və daha simpatik.  1. Yeni siferblat - Artıq saatınızın ek..


iOS üçün Whatsapp artıq Web-də

iPhone istifadəçiləri sevinir - Whatsapp-a artıq kompüterinizdən də qoşula biləcəksiz! Dünyaca məh..


Swatch Steve Jobs-un məşhur frazasını patentləşdirdi

Məhşur saat brendi olan \"Swatch\"-un keçən ilin noyabrında patentləşdirmə bürosuna olan m..

×