Plutonda həyat varmı? Planetin sərt şərtləri

Plutonda həyat varmı? Planetin sərt şərtləri

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Plutonda həyat varmı?
1930-cu ildə kəşf olunmuş Pluton bizim Günəş sisteminin 9-cu planeti hesab edilirdi. 2004-cü ildə Eris planetinin kəşf olunmasından sonra Plutona verilmiş balaca planet statusuna baxmayaraq planet həmişə astronomların marağına səbəb olub. "New Horizons" missiyası çərçivəsində planetə yaxınlaşan kosmik gəminin Yer kürəsinə göndərəcəyi şəkillər astronomlar tərəfindən səbrsizliklə gözlənilir. Həmin məlumatlar əsasında alimlər Pluton haqqında olan bəzi suallarla yanaşı əsas suala cavab axtarmağa çalışacaqlar.
Planetin sərt şərtləri 
İlk öncə onu qeyd etmək lazımdır ki, Plutonda həyatın olma şansı sıfıra bərabərdir. Planet Günəş ətrafında çox böyük məsafədə fırlanır. Perihelionda 29.657 a.e. (4 437 000 000 km)-dən başlayaraq aphelionda 48.871 a.e. (7 311 000 000 km) məsafəyə qədər. Bu cür məsafədə planetin temperaturu -240 dərəcəyə qədər enə bilir. Belə temperaturda Plutonda sudan başqa digər maye və qazlar dona bilər. Bunlara misal olaraq metan (CH4), azot qazı (N2) və dəm qazını (CO) göstərmək olar. Sadalanan birləşmələr sudan fərqli olaraq daha aşağı temperaturda donma qabiliyyətinə malikdirlər. Buna görədə Plutonda həyatın olma şansı sıfıra enir. Plutonun nazik atmosferə malik olmasına baxmayaraq o azot, metan və dəm qazından ibarətdir. Həmçinin planetin atmosfer təzyiqi 6.5-dən 24 bar arası dəyişir. Bu göstərici Yer kürəsindəki göstəricidən qat-qat aşağıdır. Pluton Günəşə yaxınlaşanda və ya Günəşdən uzaqlaşanda planetdəki atmosfer keçidlər edir. Adətən Pluton perihelionda olanda atmosfer donur, aphelionda olanda isə temperatur qalxır və planetdə olan buzlaqlar sublimasiya edir. Beləliklə Plutonda həyatın yaranması qeyri-mümkündür. Məlum olan orqanizmlərdən heç biri çox aşağı temperaturu, aşağı atmosfer təzyiqi və mütəmadi atmosfer dəyişiklikləri olan mühitdə sağ qala bilmir. Lakin bütün bunlara baxmayaraq planetin daxilində həyatın mövcud olma mümkünlüyü ortadan qalxmır. Alimlərin fikrincə Günəş sistemindən xaricdə yerləşən aylar və planetoidlər kimi Plutonun da daxili quruluşu fərqlidir. Bərk maddələr buz mantiyası ilə əhatə olunmuş sıx nüvədə yerləşmişdir. Nüvənin diametri 1700km, buz qatının qalınlığı isə 100-180km-dir. Radioaktiv elementlərin dağılması nəticəsində buz qatı o dərəcəyə qədər qıza bilər ki, o nüvədən ayrılsın. Bunun nəticəsində Plutonun mantiyasından sonra maye okeanın olması mümkündür. 
 
2011-ci ildə California Universitetinin planetoloqları Francis Nimmo və Guillaume Robuchon Plutonun istilik təkamülünün modelini quraraq planetin qabığını öyrənirdilər. Təcrübənin əsas məqsədi planetin daxilində yerləşən okeanın qabığa necə təsir göstərdiyini müşahidə etmək idi. Onlar öyrəndilər ki, okeanın temperatur dartılıb-yığılması nəticəsində Plutonun səthində planetin hər tərəfini bürüyəcək çatlar əmələ gələ bilər. Hələki planetin səthinin bu cür xüsusiyyətə malik olduğunu təsdiqləyən fotolar yoxdur. "New Horizons" missiyası bizlərə Plutonun səthinin xüsusiyyətlərini göndərilən fotolarda təqdim edəcək.  Gələcəkdə ola bilər ki, Plutonun mühiti həyatın yaranması üçün əlverişli olsun. Baxmayaraq ki, Pluton Günəşin yerləşdiyi yerdən çox uzaqdadır, uzaq gələcəkdə (5.4 milyard ildən sonra) Günəş getdikcə böyüyərək verdiyi enerjinin miqdarını bir neçə milyon ilə uzadacaq. 5.4 milyard ildən sonra hidrogen nüvəsi tükəndikdə Günəş yarım milyard il ərzində iki dəfə böyüyəcək. Ölçüsünün böyüdüyü vaxt ərzində Günəş Yer də daxil olmaqla digər planetləri udacaq. Bu vaxt ərzində Günəşin parlaqlığı iki dəfə artaraq Yer kürəsində hal-hazırda Venerada olan istilikdən daha çox istilik yaradacaq. Daha sonra Günəş indiki halından 200 dəfə böyük və bir neçə min dəfə parlaq olana kimi yarım milyard il ərzində böyüməyə davam edəcək. Onun ardınca milyard il çəkəcək RGB adlı proses başlayacaq. Bu proses ərzində Günəş öz çəkisinin 1/3 hissəsini itirəcək. Pluton və Eris daxil olmaqla Kuiper sisteminin digər obyektləri qızmağa başlayacaqlar. Lakin həmin obyektlərin tərkib hissələrini nəzərə alsaq, çətinki onlarda həyat sıfırdan yaranmağa vaxt tapa bilsin. Bir söznən "Plutonda həyat varmı?" sualına "ola bilər" cavabını vermək daha uyğundur. Hər-halda "New Horizons" missiyasının Yer kürəsinə göndərəcəyi fotoların nəticələrini səbrsizliklə gözləyirik.  "New Horizons" 2006-cı ildə kosmosa buraxılmışdır. Onun əsas məqsədi Pluton planetini və onun peyki Xaronu müşahidə etməkdir. "New Horizons" missiyası 2020-ci ilin ortalarında Kuiper sisteminin obyektlərini müşahidə edərək sona çatmalıdır.

Araşdırma mənbələri : theverge.com, nasa.gov, nnm.me
Emil Noisy


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×