main-post-cover

    Pointball - Mükəmməl 2D Strategiya Oyunu (Yerli)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Ubisoft, Konami, Activison Blizzard, Supercell, Niantic ilə başlayan şirkətlərə sahələri üzrə daha birçoxlarını da əlavə etmək olar. Bu şirkətlər, inkişafı 20-ci əsrin 1-ci yarısından başlayan rəqəmsal oyunlar sektorunun liderləri hesab olunurlar. Elə yalnızca Supercell şirkətinə nəzər yetirsək görərik ki,Finlandiya əsaslı şirkətin günlük gəliri 3 milyona yaxındır. Bəs bizim regionda necə? Bu sahəyə maraq varmı? İstifadəçisi olduğumuz oyun proqramlarının istehsalçısı bizim regiondan çıxa bilərmi? Cavab isə bəli. Softspark komandasının istifadəçi qarşısına çıxardığı Pointball oyunu artıq ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 2D mühitdə oynanılan mobil oyun strategiya kateqoriyası üzrə təqdim olunub və oyun səhnəsindəki fiqurlarda yerləşdirilmiş boşluqlardan hərəkət edən obyektin keçməsi məntiqinə əsaslanır. Hələlik Android platforması üçün yayımlanan oyunun tezliklə iOS versiyasınında təqdim olunacağı bildirilir.
    Aşağıda qeyd olunan link vasitəsilə oyunu yükləyib Softspark komandasına dəstək ola bilərsiniz. 

    Oyunun linki: (Google Play Store-da)

    Tanıtım videosu

    Həmçinin, tezliklə " Softspark Oyun Proqramçıları Akademiyası 2016 " adlı təlim proqramı ilə oyun proqramlaşdırmasının əsaslarının bu sahədə inkişaf etmək istəyən hər kəsə tədrisi nəzərdə tutulur. Proqrama qeydiyyatdan keçmək üçün aşağıdakı formu doldurmanız xahiş olunur. Bu form vasitəsilə suallarınızı da Softspark komandasına ünvanlaya bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər