main-post-cover

    "Pokemon Go"-dan necə pul qazanmaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bütün dünyanı dolaşan "Pokemon Go" bir çox insan üçün "çörək ağacı” olub. eBay və digər satış saytlarında Pokemon Go hesabları satılmağa başlanıb.


    Çıxdığı vaxtdan etibarən insanların diqqətini cəlb etməyi bacaran Pokemon Go artıq oyun sevərlərə pul qazanmaqda da yardımçı olur. Vaxtının çoxunu oyun oynayaraq keçirən oyuncular artıq bu topladıqları Pokemonları pula çevirməyə başlayıblar. Belə ki, "eBay" və digər alış-veriş saytlarında öz hesablarını satışa çıxaran oyuncular 100$ və 1000$ arasında satışı həyata keçirirlər. Səviyyəsi yüksək, hesabda çoxlu Pokemonun olması satış rəqəmlərinə də təsir edir. "eBay"-da aparılan araşdırmalara görə 20 səviyyəyə aid hesablar təqribən 400$ həcmində olur. Həmçinin qeyd edək ki, Niantic buna qadağa qoymuşdu. Belə ki, hesabın alınma olması ortaya çıxsa hesabın ban olunacağı bildirilmişdi.

    Linki kopyala